Icma.az
close
up
RU
Kəlağayı Günləri davam edir

Kəlağayı Günləri davam edir

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi,  Mirvarid Dilbazi Poeziya Məclisi İB və  Kəlağayı Ev Muzeyinin birgə təşkilatçılığı ilə 11 dekabr 2025- ci il tarixində "Konstitusiya və Suverenlik ili" çərçivəsində "Kəlağayı Günləri  2025" adlı tədbir keçirildi.

Tədbirdən öncə "Kəlağayı Ev Muzeyi" nin qədimi və müasir kəlağayılarından, milli papaqlardan, kəlağayı haqqında kitablardan   ibarət sərgi ilə tanışlıq oldu. Tədbiri giriş sözü ilə açan Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin rəhbəri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı tədbirin mahiyyəti haqqında danışdı. Qeyd etdi ki, qadınlarımızın simvolu olan kəlağayımızı  geniş təbliğ etməkdə məqsədimiz bu müqəddəs örpəyin əzəlki şan- şöhrətini özünə qaytarmaq, beynəlxalq səviyyədə tanıtmaqdır. 

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himnimiz səsləndirildi.

Söz Neftçala Rayon İcra Hakimiyyəti Başçısı aparatının ictimai- siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səidə Rzayevaya verildi.O, qeyd etdi ki, milli dəyərlərimizin təbliği çox vacibdir. Milli dəyərlərimizin bir parçası olun kəlağayımızın geniş təbliği onun istifadəsinə, istehsalına geniş yollar açır. Mirvarid Dilbazi Poeziya Məclisi və Kəlağayı Ev Muzeyinin gördüyü işlər nəticəsini verir. Bu gün də Neftçalada milli bayramdı sanki. Milli dəyərlərimizi qorumaq və gələcək nəsillərə çatdırmaq milli borcumuzdu.

Tədbirdə şəhid Elşən Xankişiyevin anası Aidə Xankişiyeva, şəhid Mir Möhsün Əhmədovun anası Arzu Əliyeva, şəhid Rəfael Fətullayevin anası Fəxriyyə Fətullayeva, şəhid Məhəmməd Kərimlinin anası Gülşən Kərimova çıxış etdilər, milli dəyərlərimizdən, kəlağayı haqqında xatirələrini söylədilər.

Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin Ulu Öndərə həsr etdiyi şeirlərindən ibarət olan "Vətən oğulsuz olmasın"  kitabı şəhid analarına təqdim olundu.

"Sazın,sözün butası" təşkilatının sədri, Gürcüstanın "Şərəf" ordenli şairi, Aşıq Pəri Məclisinin qurucularından olan Səadət Buta  çıxışında bildirdi ki, kəlağayı ulu nənələrimizin ismət örpəyi,  anaların sədaqət, məhəbbət örpəyi, qız-  gəlinlərin qismət örpəyi, qan- qada yetirən qeyrət örpəyidi. 26 noyabr "Kəlağayı Günü" nün bayram kimi qeyd edilməsinin təşəbbüs göstərən və hər il yüksək səviyyədə "Kəlağayı Bayramı" nı qeyd edən, geniş təbliğ edən, bu yolda fədakarlıq göstərən Güllü Eldar Tomarlıdl. Diyar- diyar gəzir, kəlağayı haqqında  festivallar, bayramlar, sərgilər keçirir, təşkilatın sayəsində 10 - a qədər kəlağayı haqqında kitab işıq üzü görüb, 300 -ə qədər. kəlağayı haqqında şeirlər yazılıb. Bu gün də Neftçalada qeyd olunması ürəyimcə oldu. Çünki, bura mənə doğmadı. Bu rayonda çox olmuşam, vəfalı dostum- Əməkdar Mədəniyyət İşçisi, Aşıq Pəri Məclisinin qurucusu, şair, mədəniyyətimiz yolunda fədakarlıq göstərən  Narınc Xatunun yurdudu bu yurd. Məzarını ziyarət etdik bu gün, duyğulu anlar yaşadım. Ruhu şad olsun. Qürur duyuram ki, milli dəyərlərimiz bizi birləşdirir.

Sonra  İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Aytəkin Mahmudova, AYB- nin üzvü Etibar Əbilov, "Gündoğan" qəzetinin baş redaktoru Bədirə Niftalıyeva, şairlərdən- Brilyant Atəş, Fərhad Əzizbəyli, Hənifə Şəbnəm, Heydər Əliyev Mərkəzinin əməkdaşı Şokət Əliyeva kəlağayı haqqında maraqlı çıxışları ilə alqışlarla qarşılandı.

Müğənni Yusifova şən nəğmələr ilə tamaşaçılara xoş ovqat bəxş etdi.

Güllü Eldar Tomarlının toplayıb tərtib etdiyi "Babamın papağı, nənəmin kəlağayısı", Güllü Eldar Tomarlının "Kəlağayı Bayramı", Brilyant Atəşin  "Keçmişdən sabaha yol kəlağayı" kitabları  təqdim olundu.

Sonda Güllü Eldar Tomarlı Neftçala Rayon İcra Hakimiyyətinə, aidiyyatı olan dövlət qurumlarına, tədbirə zəhməti keçən hər kəsə və tədbir iştirakçılarına minnətdarlığını bildirdi.

Sonda xatirə şəkili çəkildi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Dekabr 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see369

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see314

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see312

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see308

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see298

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see290

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see283

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see262

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see238

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see233

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see229

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see229

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see228

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see227

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see211

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see211

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see207

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see199

Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib

22 Noyabr 2026 03:21see199

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri