Icma.az
close
up
RU
İmişlidə “Kəlağayı Günləri 2025” layihəsi çərçivəsində sərgi və konsert proqramı keçirildi

İmişlidə “Kəlağayı Günləri 2025” layihəsi çərçivəsində sərgi və konsert proqramı keçirildi

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

İmişli rayonunda “Kəlağayı Günləri 2025” layihəsi çərçivəsində genişmiqyaslı sərgi və konsert proqramı təşkil olunub. Dekabrın 1-də baş tutan tədbir Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi, “Kəlağayı Ev Muzeyi” və Diferensial Təhsil Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə Diferensial Təhsil Tədris Mərkəzində keçirilib.

Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin sədri və Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı iştirakçılara layihə haqqında ətraflı məlumat təqdim edib. O qeyd edib ki, layihənin əsas məqsədi kəlağayının Azərbaycan mədəniyyətindəki yerini, onun milli kimlik və zəriflik simvolu kimi əhəmiyyətini geniş ictimaiyyətə çatdırmaqdır.

Diferensial Təhsil Tədris Mərkəzinin direktoru Elşən Məmmədov çıxışında bildirib ki, milli dəyərləri təbliğ edən bu cür tədbirlər gənclərin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. O vurğulayıb ki, kəlağayı milli geyim mədəniyyətimizin ayrılmaz hissəsidir:
“Qız-gəlinlərimizin kəlağayıdan istifadəsinin vaxtı çatıb. Ulu nənələrimizin ismət örpəyi olan kəlağayı həm tariximiz, həm də sağlamlıq baxımından vacibdir — qışda soyuqdan, yayda günəşdən qoruyur.”

İmişli Rayon Mədəniyyət Mərkəzinin direktoru Sərvər Şirinova çıxış edərək bildirib ki, kəlağayı Azərbaycan qadınının simvoludur və bu sənət Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib.

“26 noyabrın Kəlağayı Günü kimi qeyd edilməsi və İmişlidə bu layihənin keçirilməsi mədəni irsimizin təbliği baxımından böyük önəm daşıyır,” – deyə o bildirib.

Tədbirdə rəssam Gülnarə Məmmədovanın qədim və müasir kəlağayılardan ibarət kolleksiyası, şəhidlərimizin portretləri, milli mövzulu və təbiət təsvirli əsərləri nümayiş etdirilib. Rəssam vurğulayıb ki, onun sərgiləri Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin keçirdiyi tədbirlərdə dəfələrlə təqdim olunub.

Çıxış edənlər-  Milli Məclisin mətbuat əməkdaşı Tural Eminov, İmişli Rayon Ağsaqqallar Şurasının üzvü Hüseyn Minbaşı, MKS-in müdiri Hürü Şirinova, 8 saylı məktəbin direktoru Rəna Quliyeva və digər natiqlər milli dəyərlərin qorunmasından və gənclərə çatdırılmasının vacibliyindən danışıblar.

Tədbirin bədii hissəsində müğənnilər Natiq İmanov və Qurban Arazlının musiqiləri, eləcə də Elgün İbrahimov, Anar Xudiyev, Tunar Əzizim və Tunar Məmmədlinin saz ifaları alqışlarla qarşılanıb.

Tədbirin sonunda Güllü Eldar Tomarlı 26 noyabr – “Azərbaycan Kəlağayısı Günü” münasibətilə müəllifi olduğu “Kəlağayı Bayramı” kitabını və şair Brilyant Atəşin “Keçmişdən sabaha yol – kəlağayı” kitabını iştirakçılara hədiyyə edib.

O, təşkilati dəstəyə görə Diferensial Təhsil Tədris Mərkəzinin direktoru Elşən Şəmmədova təşəkkürünü bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Dekabr 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri