Icma.az
close
up
RU
Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir

Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

1993-cü ilin aprelində Kəlbəcərin işğalı Azərbaycan üçün sarsıdıcı hadisə olmuşdu. Təbii istehkamlarla bol olan Kəlbəcəri qorumaq, düşmənin hücumlarının qarşısını almaq olardı. Ozamankı siyasi rəhbərlikdə olan hərc-mərclik, ordudakı özbaşınalıq füsunkar təbiəti olan bu məkanı itirməyimizə səbəb oldu. Bu işğal həmin vaxt hakimiyyətdə olan qüvvələrə böyük inamsızlıq yaratdı və iqtidarın nüfuzdan düşməsinə səbəb oldu. Qardaş Türkiyə məhz Kəlbəcərin işğalına görə Ermənistanla sərhədləri bağladı. Bu gün də o sərhədlər bağlı olaraq qalır. BMT Təhlükəsizlik Şurası işğalçı qüvvələrin Kəlbəcərdən çıxarılmasına dair ayrıca qətnamə qəbul etdi. Qətnamədə ermənilərin Kəlbəcərdən və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi. Azərbaycan Ordusu 27 il sonra o qətnaməni özü icra etməli oldu. Qəhrəman oğullarımız Ali Baş Komandanın rəhbərliyi ilə bütün Qarabağ torpaqlarını erməni işğalından azad etdilər.

Bu fikirləri Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O bildirib ki, Kəlbəcərin işğalı zamanı 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb: “Kəlbəcərin əhalisi respublikanın 56 rayonunda müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal dövründə rayon tamamilə talan edildi, milyardlarla manatlıq sərvət Ermənistana daşındı. Bu azmış kimi 1999-cu ildən başlayaraq, BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq Ermənistan dövləti Kəlbəcərdə erməniləri məskunlaşdırmağa başladı. Qədim türk dilində “çay üstündə qala” anlamını verən Kəlbəcərdə 30 min ildən çox tarixi olan yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı zaman yaradılıb. Amma ermənilər işğal dövründə bütün tarixi, mədəni izlərimizi buradan silməyə çalışdılar. Otuz il ərzində Ermənistan münaqişənin həllinə dair aparılan danışıqlarda Kəlbəcəri Azərbaycana verməyəcəyini bəyan edirdi. Qarabağın dağlıq hissəsi, o cümlədən Laçın, Kəlbəcərə sahib çıxmaq istəyən ermənilərə ordumuz 44 günlük Vətən müharibəsində sarsılmaz zərbə vurdu. Ermənilər çıxarkən evlərə od vurmaqla, meşələrdəki qiymətli ağacları məhv etməklə öz barbar simalarını bir daha nümayiş etdirdilər.

Vətən müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edildi. Azərbaycan Ordusu erməni silahlı qüvvələrinin hərəkətlərini həmin istiqamətdə əhəmiyyətli dərəcədə məhdudlaşdıra bildi. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Kəlbəcərin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş minlərlə hərbi qulluqçu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olundu. Nəhayət, 25 noyabr Kəlbəcər Şəhəri Günü elan edildi”.

Kəlbəcər rayonunun Baş planından söz açan deputat deyib: “Kəlbəcər şəhərində, rayonun Zallar, Zar kəndlərinə ilkin məskunlaşma layihələri icra olunmaqdadır. 82 kilometrlik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu və onun üzərində ümumi uzunluğu 25,9 kilometr olan 5 tunelin tikintisinin 67,5 faizi artıq tamamlanıb. Meydan çayının üzərində kiçik su elektrik stansiyası tam yenidən qurulub. Tərtər çayı üzərindəki “Çıraq-1” və “Soyuqbulaq”, Qaraarxac çayı üzərindəki “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları yenidən qurulub. Kəlbəcərdə görülən bütün işlər Müzəffər Ali Baş Komandan İlham Əliyevinin diqqətindədir. Dövlətimizin başçısı 2020-ci ildən sonra Kəlbəcərə səfərlər edib. Hər səfər zamanı Prezident yeni tikintilərin təməlini qoyur, yeni mərkəzlərin açılışını edir. Böyük turizm potensialı olan Kəlbəcərdə çoxlu sayda müalicəvi əhəmiyyətli mineral bulaqlar var. Qablaşdırılmış “İstisu” həm daxili, həm də xarici bazarda satışa çıxarılıb. Geniş yaşıl əraziləri, meşələri, hündür qarlı dağları olan Kəlbəcər Azərbaycanın ən potensiallı, zəngin təbii sərvətli rayonlarından biridir. Rayon maldarlıq, arıçılıq və turizm üçün əlverişlidir. Bu gün Azərbaycan vətəndaşlarının istirahət üçün arzuladığı məkanlar sırasında Kəlbəcər öncül yerlərdə dayanır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 25 Noyabr 2024 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see147

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see139

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri