Icma.az
close
up
RU
Kəlbəcərdə ilk və yeganə məzun: “Qürurverici hissdir”

Kəlbəcərdə ilk və yeganə məzun: “Qürurverici hissdir”

Icma.az bildirir, Modern.az portalına istinadən.

Azərbaycanın bütün bölgələrində olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən məktəblərdə də bu gün “Son zəng”çalınıb. Belə ki, Kəlbəcər rayonunda yerləşən B.Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən “Son zəng” tədbirində elm və təhsil naziri Emin Əmrullayev də iştirak edib. Nazir məktəbin ilk və yeganə məzunu olan Nəzrin Atakişiyevanı təbrik edib.

Modern.az Kəlbəcər məktəbinin ilk və yeganə məzunu Nəzrin Atakişiyeva ilə həmsöhbət olub, onun təəssüratlarını öyrənib.

Nəzrin Atakişiyevanın sözlərinə görə, uzun illərdən sonra doğma Kəlbəcərdə ilk və yeganə məzun olmaq onun üçün böyük qürur mənbəyidir:

“Uzun müddətdən sonra yenidən canlanan doğma Kəlbəcərimizdə ilk və tək məzun olmaq həqiqətən çox qürurverici hissdir. Bu, eyni zamanda mənə daha böyük məsuliyyət də yükləyir. Ümid edirəm ki, gələcəkdə də məktəbimizin adını layiqincə təmsil edəcəyik. Hisslərimi sözlərlə ifadə etmək doğrudan da çətindir”.

Həmsöhbətimiz, elm və təhsil naziri ilə görüşünün də unudulmaz olduğunu deyib:

“Nazirlə görüşümüz çox xoş və eyni zamanda gözlənilməz oldu. Onu ilk dəfə idi görürdüm. Bu görüşbizi çox sevindirdi. O, mənə çox səmimi insan təsiri bağışladı”.

Gələcək planlarından danışan Nəzrin hazırda III ixtisas qrupu üzrə hazırlaşdığını da söyləyib:

“Filologiya istiqamətində təhsil almaq istəyirəm. Azərbaycan dili, Ədəbiyyat və Jurnalistika sahələrinə böyük marağım var. Gələcəkdə bu istiqamətdə inkişaf etməyi, arzularıma nail olmağı hədəfləyirəm. Təhsilimi isə Gəncə Dövlət Universitetində davam etdirmək istərdim.”

Nəzrin qeyd edib ki, ailəsi Kəlbəcər əsillidir və rayona ilk köç edən ailələrdən biri olublar:

“Ailəm əslən Kəlbəcərlidir. Kəlbəcərə ilk köçənlərdən biri olmuşuq. Hazırda valideynlərim də burada, doğma Kəlbəcərimizdə çalışırlar. Mən də öz üzərimdə işləyərək hədəflərimə və arzularıma çatmaq üçün əlimdən gələni edirəm”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 İyun 2026 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see374

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see341

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see337

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see333

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see315

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see307

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see296

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see295

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see283

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see265

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see265

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see247

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see238

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see236

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see233

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see221

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see207

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see187

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri