Icma.az
close
up
RU
Kəlbəcərdə külək elektrik stansiyası tikiləcək Memorandum imzalandı

Kəlbəcərdə külək elektrik stansiyası tikiləcək Memorandum imzalandı

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

COP29 çərçivəsində Azərbaycanın Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA), "Clean Energy Invest LLC" və "Baltech Green LLC" arasında Kəlbəcər Külək Elektrik Stansiyasının inkişafına dair Anlaşma Memorandumu (MoU) imzalanıb.
Bizim.Media xəbər verir ki, layihə 3100 metr hündürlükdə həyata keçiriləcək.
"Clean Energy Invest LLC" və "Baltech Green LLC" layihə çərçivəsində birgə müəssisə yaradaraq yaxın zamanda ölçmə kampaniyalarına və layihə hazırlıqlarına başlayacaq.
Külək elektrik stansiyasının 200-240 MVt gücündə 2028-ci ilin əvvəlində kommersiya fəaliyyətinə başlaması gözlənilir. Ərazinin yüksəkliyinin yaratdığı unikal şərait sayəsində layihənin ümumi gücünün gələcəkdə 600 MVt-a qədər çatdırılması potensialı mövcuddur.
AREA-nın direktoru Cavid Abdullayev bildirib ki, bu Azərbaycan üçün qürurverici bir andır:
"Yerli özəl investorlar ölkənin enerji keçidinə töhfə verməyə hazır olduqlarını nümayiş etdirirlər".
Baltech Green LLC-nin idarə heyətinin üzvü Volkan Gerdan isə çıxışı zamanı deyib ki, "Baltech Group" Türkiyədə bərpa olunan enerji layihələrinin hazırlanması və idarə olunmasında uğurlu təcrübəyə malikdir.
V.Gerdan Kəlbəcər külək layihəsinin azad edilmiş ərazilərdə həyata keçirilməsinin şirkətin Azərbaycanın dayanıqlı inkişafına verdiyi əhəmiyyətin göstəricisi olduğunu qeyd edib.
Baş icraçı direktor Xəyalə Nağıyeva bu layihənin regionda yaşıl iqtisadiyyat və ekoloji dayanıqlığın qurulması istiqamətində şirkətin məqsədlərinə uyğun olduğunu bildirib.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 Noyabr 2024 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri