Kombidə su damcılayırsa problem nədəndir?
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kombidə su damcılayır? Təzyiq göstəricisi aşağı düşür? Boru birləşmələrindən sızan su kombinin altına yığılır. Su itkisi artdıqca sistemin təzyiqi azalır. Təzyiq normadan aşağı düşdükdə kombi işləmir.
Sızmanı tapmaq üçün kombinin altındakı boru birləşmələri yoxlanmalıdır. Sızma daxili hissədədirsə, kombi ustası nasaz detalı tapıb dəyişdirir. Su elektrik hissələrinə çatıbsa, cihaz sönülü olmalıdır.
Kombinin altındakı borulardan niyə su axır? Dördpendirli pizza
Kombinin altındakı borularda rezin contalar köhnəldikdə su sızmağa başlayır. Temperatur dəyişdikcə contalar elastikliyini itirir. Sərtləşmiş conta birləşmə yerini tam bağlamır. Borunun birləşməsi boşaldıqda da su axır. Köhnəlmiş contanı dəyişdilrilməlidir. Boşalmış birləşməni isə bərkitmək lazımdır. Kombi temiri bitdikdən sonra sızma olub-olmadığı yoxlanmalidir.
Kombinin təhlükəsizlik klapanından niyə su damcılayır?
Kombinin təzyiqi yüksəkdirsə, təhlükəsizlik klapanı açılır. Əksər kombilərdə bu hədd 3 bardır. Klapan artıq suyu boşaldaraq təzyiqi aşağı salır. Təzyiq normaya düşdükdə su axını dayanmalıdır. Klapanın içərisində ərp yığıldıqda isə tam bağlanmır. Bu halda təzyiq normal olsa da, su damcılamağa davam edir. Klapanın kipliyini yoxlamaq lazımdır. Nasaz klapanı dəyişdirib sistemin təzyiqi normaya salınmalıdır.
Kombinin genişlənmə çəni xarab olduqda nə baş verir?
Kombi suyu qızdırdıqca suyun həcmi artır. Genişlənmə çəni təzyiqi sabit saxlayır. Genişlənmə çənində hava təzyiqi azaldıqda suyun həcmi düzgün tənzimlənmir. Buna görə kombi qızdıqca sistemdə təzyiq yüksəlir. Təzyiq 3 bara çatdıqda təhlükəsizlik klapanı açılır və su boşalır. Kombi təmiri zamanı usta sistemin təzyiqini boşaldıb çənin hava təzyiqi ölçməlidir. Membran sağlamdırsa, çənə lazımi qədər hava vurlur. Membran deşilibsə, genişlənmə çənini dəyişdirmək vacibdir.
Kombinin istilik dəyişdiricisindən su niyə sızır?
Kombinin istilik dəyişdiricisində paslanma varsa, metal tədricən zədələnir. Paslanma dərinləşdikcə metal səth nazilir və xırda dəliklər açılır. Sistemdəki su həmin dəliklərdən sızaraq kombinin altına axır. Sızma davam etdikcə, manometrdə təzyiq aşağı düşür. Təzyiq çox aşağı düşəndə kombi dayanır. İtilik dəyişdiricisində sızmanın yeri tapılmalıdır. Metal hissə deşilibsə, istilik dəyişdiricisini yenisi ilə əvəz olunur. Sonra sistemə su doldurub təzyiqi normaya salır.
Kombinin altından su axanda nə etmək lazımdır?
Kombinin altından su axdıqda cihazı söndürmək lazımdır. Manometrdə təzyiqin nə qədər olduğuna baxın. Təzyiq azalıbsa, sistemə davamlı su əlavə etmək olmaz. Sizma temir edilməsə su itkisi davam edəcək. Su elektrik hissələrinə çatıbsa, kombiyə toxunmaq qadağandır. Elektrik təchizatı təhlükəsiz yerdən kəsilməlidir. Cihazın daxili hissələrini də sökmək olmaz.
Boru birləşməsindən su sızırsa, köhnəlmiş conta dəyişdirilməlidir. Təhlükəsizlik klapanından su axdıqda sistemin təzyiqi ölçülür. Çənin hava təzyiqinə də baxmaq lazımdır. Kombini temir etdikdən sonra cihaz işə salınmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 03 Noyabr 2026 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















