Icma.az
close
up
RU
Kəlbəcərdə Külək Elektrik Stansiyasının qurulması ilə bağlı Anlaşma Memorandumu imzalanıb

Kəlbəcərdə Külək Elektrik Stansiyasının qurulması ilə bağlı Anlaşma Memorandumu imzalanıb

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

COP29 çərçivəsində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA), “Clean Energy Invest LLC” və “Baltech Green LLC” arasında Kəlbəcər Külək Elektrik Stansiyasının inkişafına dair Anlaşma Memorandumu (MoU) imzalanıb.

AZƏRTAC xəbər verir ki, bu layihə 3100 metr hündürlükdə həyata keçiriləcək unikal bir layihədir. “Clean Energy Invest LLC” və “Baltech Green LLC” layihə çərçivəsində birgə müəssisə yaradaraq yaxın zamanda ölçmə kampaniyalarına və layihə hazırlıqlarına başlayacaq. Külək elektrik stansiyasının 200-240 MVt gücündə 2028-ci ilin əvvəlində kommersiya fəaliyyətinə başlaması gözlənilir. Ərazinin yüksəkliyinin yaratdığı unikal şərait sayəsində layihənin ümumi gücünün gələcəkdə 600 MVt-a qədər çatdırılması potensialı mövcuddur.

“Bu, Azərbaycan üçün qürurverici bir andır. Yerli özəl investorlar ölkənin enerji keçidinə töhfə verməyə hazır olduqlarını nümayiş etdirirlər”, - deyə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirib.

“Baltech Green LLC”nin idarə heyətinin üzvü Volkan Gerdan vurğulayıb ki, “Baltech Group” Türkiyədə bərpaolunan enerji layihələrinin hazırlanması və idarə olunmasında uğurlu təcrübəyə malikdir. O, Kəlbəcər külək layihəsinin azad edilmiş ərazilərdə həyata keçirilməsinin şirkətin Azərbaycanın dayanıqlı inkişafına verdiyi əhəmiyyətin göstəricisi olduğunu qeyd edib.

“Clean Energy Invest LLC”nin baş icraçı direktor Xəyalə Nağıyeva bu əməkdaşlıqdan məmnunluğunu ifadə edib, layihənin regionda yaşıl iqtisadiyyat və ekoloji dayanıqlığın qurulması istiqamətində şirkətin məqsədlərinə uyğun olduğunu bildirib.

“Clean Energy Invest LLC”nin Müşahidə Şurasının sədri və AGEC-in baş icraçı direktoru Mir Camal Paşayev Kəlbəcər külək layihəsinin Azərbaycanın dekorbanizasiya və dayanıqlı inkişaf istiqamətində əhəmiyyətli bir addım olduğunu vurğulayıb.

Eyni zamanda, “Baltech Green LLC”nin idarə heyətinin sədri Bülənt Karani hər iki tərəfin bərpaolunan enerji sahəsini inkişaf etdirmək və qlobal iqlim hədəflərini dəstəkləyən ortaq öhdəliklərini bir daha təsdiqləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Noyabr 2024 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ankara-Şam reysləri başlayır. İlk uçuş 17 iyun çərşənbə axşamı günü olacaq

06 İyun 2025 07:42see280

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see212

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see182

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see125

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see120

“Real” 17 yaşlı istedadı transfer etdi

05 İyun 2025 19:13see117

Qurban bayramı: Səxavət, yardımlaşma və mənəvi təmizlənmə rəmzi

06 İyun 2025 07:31see116

Bayden bildirib ki, prezidentlik dövründə bütün qərarları özü verib

05 İyun 2025 07:21see116

Həmrəylik nümayişi, həm də bir xalq olaraq şərəfli missiyamızdır

04 İyun 2025 21:29see114

Daşkənddə Azərbaycan və Özbəkistan arasında kitabxana, tərcümə və nəşr sahələrində əməkdaşlıq müzakirə olunub

04 İyun 2025 22:33see114

Cadugərlik min illərdir insanların həyatında olmuş bir anlayışdır İlahiyyatçı DANIŞDI

05 İyun 2025 10:34see113

Aile saadeti nin yayım tarixi bəlli OLDU

04 İyun 2025 21:34see113

Turistin Şimali Koreya barədə təəssüratları...

04 İyun 2025 22:25see113

Məşhur şirkətin makaronları satışdan yığışdırıldı: tərkibində görün nə tapıldı

05 İyun 2025 10:37see113

Sürücülərin diqqətinə Sabahdan etibarən...

05 İyun 2025 10:46see112

Həcc ziyarətinə 2 milyondan çox müsəlman gedib

06 İyun 2025 12:32see112

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin etmək iqtidarındadır...

06 İyun 2025 00:17see112

Rusiya Nigeriya matçı azərbaycanlı hakimə həvalə olundu

06 İyun 2025 03:57see112

Tramp və İlon Mask arasında münasibətlər gərginləşir

05 İyun 2025 07:31see111

Bu liseyin şagirdi də ən yüksək bal topladı FOTO

06 İyun 2025 03:15see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri