Icma.az
close
up
RU
Kəlbəcərli Ayanın ABŞ dəki çıxışı erməniləri TƏŞVİŞƏ SALDI VİDEO

Kəlbəcərli Ayanın ABŞ dəki çıxışı erməniləri TƏŞVİŞƏ SALDI VİDEO

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Bir neçə gün əvvəl Kəlbəcər rayonundan olan Ayan Hüseynli ABŞ-nin Nyu York şəhərində yerləşən "The New School" universitetinin Beynəlxalq Əlaqələr üzrə magistr proqramını başa vurub. Xəbər verdiyimiz kimi, o, universitetdə keçirilən məzun günündə çıxış edib.

Azərbaycanlı gənc çıxışında keçmiş məcburi köçkün həyatından, gələcək planlarından danışıb.

"Mən Azərbaycanın Qarabağ bölgəsindən məcburi köçkün düşmüş bir ailədənəm. Ailəm, dünyada milyonlarla insan kimi — və bəzən bəlkə sizlər kimi — evimizi, xatirələrimizi və bir zamanlar yaşadığımız həyatı geridə qoymaq məcburiyyətində qaldı. Biz köçkünlüyün ağırlığını yaşamışıq — qeyri-müəyyənliyi, həsrəti və geri dönə bilmədiyin keçmişlə, qurmalı olduğun gələcək arasında qalıb boğulma hissini.

Amma bütün bunlara baxmayaraq, mən güclü bir həqiqəti öyrəndim: ev sadəcə bir məkan deyil. Ev, səninlə birgə dayanan insanlar, əlindən buraxmaq istəmədiyin xəyallar və səni irəli çağıran, bizi irəli çağıran bir məqsəddir", - o çıxışında bildirib.

Modern.az-ın məlumatına görə, Ayanın həqiqətləri dünya və Amerika ictimaiyyətinə çatdırması erməni diasporunu təşvişə salıb.

ABŞ-də erməni tələbələrin yaratdığı təxribatçı təşkilat "The New School" universitetinə müraciət edərək Ayan Hüseynlinin çıxış üçün seçilməsinin yenidən nəzərdən keçirilməsini tələb edib.

Lakin erməni diasporunun bu cəhdləri yetərsiz və nəticəsiz qalacaq. Artıq dünya ictimaiyyəti Qarabağ həqiqətlərini anlayır və qəbul edir. Ayan Hüseynli kimi gənclərimiz beynəlxalq platformalarda səslərini ucaldaraq Azərbaycan həqiqətlərini çatdırmaqda davam edirlər. Onun çıxışı təkcə şəxsi bir hekayə deyil, həm də Azərbaycan xalqının ədalətli səsinin təcəssümüdür.

Kəlbəcərin və digər işğal olunmuş ərazilərin azad edilməsi ilə Azərbaycan bir daha sübut etdi ki, beynəlxalq hüquq və tarixi ədalət bərpa oluna bilər. Ayanın çıxışı bu prosesin humanitar və mənəvi tərəfini dünya auditoriyasına çatdırmaq baxımından xüsusi önəm daşıyır. Ermənilərin informasiya müharibəsindəki uğursuzluqları bir daha göstərir ki, saxta hekayələr artıq keçərli deyil. Gerçək hekayələr – Ayan kimi gənclərin dilindən – daha inandırıcı və təsirlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 May 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see280

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see273

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see263

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see260

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see250

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see250

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see245

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see238

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see237

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see229

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see229

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see226

Çox qısa və çox uzun yuxu sürətlənmiş qocalma əlamətləri ilə əlaqələndirilib

21 Sentyabr 2026 21:06see211

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see209

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see205

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see203

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see200

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see191

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see185

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri