Kəmalə Günəşlinin videosu qalmaqal yaratdı: “Ayıb olsun!” VİDEO
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müğənni Kəmalə Günəşlinin “Instagram” hesabında paylaşdığı yeni video izləyicilər arasında müzakirə doğurub.
“Yeni Sabah” xəbər verir ki, ifaçı son paylaşımında süni intellekt (AI) vasitəsilə montaj edilmiş xüsusi effektlərdən istifadə edib. Görüntülərdə müğənninin qəfil olaraq “Hulk” obrazına bənzər, yaşıl rəngli, əzələli bir fiqura çevrilir.
Kadrlarda əvvəlcə Kəmalə Günəşli iki xanımla birlikdə kamera qarşısında mahnı sədaları altında rəqs edir. Daha sonra AI effekti işə düşərək müğənni qeyri-real şəkildə həddən artıq əzələli, iri siperqəhrəmana çevrilir.
Videonun paylaşılmasından qısa müddət sonra rəy bölməsində fikir ayrılıqları yaranıb. Bir qrup izləyici görüntünü əyləncəli və kreativ hesab etsə də, daha çox istifadəçi videonu uyğun olmayan, hətta yersiz adlandıraraq ifaçını tənqid atəşinə tutub.
“Bu nə görüntüdür?”, “Ayıb olsun!”, “Müğənniyə yaraşmır” kimi rəylər paylaşımlar arasında üstünlük təşkil edib.
Əsmətxanım
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 14 Noyabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















