Kembric lüğətində 2026 cı ilin ən populyar kəlməsi müəyyən edilib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 18 noyabr, AZƏRTAC
“Cambridge English Dictionary” lüğəti “insan” (human) kəlməsini 2026-cı ilin sözü adlandırıb. Nəşrə görə, bu seçim süni intellektin (AI) insan olmağın nə demək olduğuna dair dəyişən anlayışlara artan təsirini əks etdirir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, lüğətçilərin sözlərinə görə, bu tərif süni intellektin insanlarla maşınlar arasındakı sərhədləri qarışdırdığı üçün yeni məna kəsb edib. Süni intellekt gündəlik həyata nüfuz etdikcə və insanların qabaqcıl texnologiyadan asılılığı artdıqca, lüğətin tərtibçilərinə görə, insan vəziyyətinin özü təhlükə altındadır kimi görünə bilər. Lakin onlar bunun belə olmadığına inanırlar.
“Cambridge English Dictionary” lüğətinin leksikoqrafı Kolin Makintoşa görə, insanların düşüncələrini texnologiyaya həvalə etməklə nələri itirə biləcəkləri ilə bağlı narahatlıqlar onu cəmiyyətin AI-yə olan asılılıq dərəcəsini yenidən düşünməyə məcbur edir.
“Cambridge University Press”in idarə heyətinin üzvü Françeska Vudvord qeyd edib ki, AI-nin sürətli inkişafı və hətta bəşəriyyətin sonuna gətirib çıxara biləcəyi ilə bağlı həyəcanverici proqnozlar dövründə bu söz “zamanı” mükəmməl şəkildə əks etdirir. O əlavə edib: “İnsanlar özlərinə insan olmağın nə demək olduğunu xatırlatmağa çalışırlar”.
Leksikoqraflar qeyd ediblər ki, “human” kəlməsi ingilis ifadələrində (məsələn, “insan tərəfindən yazılmış”, “insan tərəfindən yaradılan” və “insan tərəfindən hazırlanmış”) işin süni intellekt tərəfindən deyil, insan tərəfindən görüldüyünü vurğulamaq üçün getdikcə daha çox istifadə olunur.
Baxış sayı:68
Bu xəbər 18 Noyabr 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















