Kəmər dərəcələri üzrə ilin ilk rəsmi imtahanı keçirilib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 31 yanvar, AZƏRTAC
Yanvarın 31-də Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə milli komandaların Təlim-Məşq Mərkəzində kəmər dərəcələri üzrə ilin ilk rəsmi imtahanı keçirilib.
AZƏRTAC xəbər verir ki, imtahanda 505 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən, ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə imtahan verib. İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.
Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, eləcə də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 31 Yanvar 2026 19:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















