Icma.az
close
up
RU
Kənan Əkpərov: Vətəndaş müraciətlərinin cavablandırılması məqsədilə Voicebot un tətbiqi planlaşdırılır

Kənan Əkpərov: Vətəndaş müraciətlərinin cavablandırılması məqsədilə Voicebot un tətbiqi planlaşdırılır

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 24 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkədə vətəndaşların 90 faizindən çoxu ilə işləyən bir qurumdur. Nazirliyə mütəmadi olaraq müxtəlif formalarda vətəndaş müraciətləri daxil olur. Hazırda işlədiyimiz həllərdən biri vətəndaşlardan daxil olan müraciətlərin e-agentlər vasitəsilə analiz edilməsi, müəyyənləşdirilməsi və onların cavablandırılmasının avtomatik həyata keçirilməsidir. Burada ilk öncə məsləhətverici xidmət nəzərdə tutulub, yəni vətəndaşların müraciətləri cavablandırılmazdan əvvəl nazirliyin əməkdaşları üçün cavab məktubunun şablonu formalaşdırılır və həmin cavab məktubunun düzgünlüyü yoxlanıldıqdan sonra təsdiq edilir. Növbəti mərhələlərdə bu həllin tam avtomatlaşdırılmış formada həyata keçirilməsi planlaşdırılıb. Burada vətəndaşlardan daxil olan müraciətlərin analiz edilməsi, onların kimliyinin identikləşdirilməsi, müxtəlif sistemlərdən e-agentlər vasitəsilə onların hüquqlarının müəyyənləşdirilməsi və məktubların cavablandırılması nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bunu DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov Bakıda DOST Agentliyinin təşkilatçılığı ilə “SOCGOV 2025: Süni intellekt - insan və transformasiya üçün” mövzusunda keçirilən beynəlxalq konfransda "Sosial xidmətlərdə süni intellekt və sosial inklüzivlik” panel sessiyasında deyib.

Onun sözlərinə görə, digər istiqamətlər "Chatbot" və "Voicebot"un tətbiqidir. Bildirilib ki, vətəndaş müraciətləri çox olduğu üçün süni intellekt əsaslı "Chatbot" vasitəsilə onların cavablandırılması nəzərdə tutulub: "Hazırda "Chatbot" hazırlanır və pilot rejimdə fəaliyyət göstərir. Eyni zamanda, 2027-ci ilə qədər "Voicebot"un da tətbiqi planlaşdırılır. "Çağrı Mərkəzi"mizə il ərzində təqribən 1 milyon 600 min zəng daxil olur. Həmin zənglərin əksəriyyəti sorğu xarakterli müraciətlərdir. Məqsədimiz "Çağrı Mərkəzi"nə daxil olan zənglərin operatorlar tərəfindən cavablandırılmasının minimuma endirilməsi, daha çox "Voicebot" üzərindən cavablandırılmasını təmin etməkdir. Eyni zamanda, məşğulluq istiqamətində fərdi məşğulluq proqramlarımın hazırlanması, məşğulluq imkanlarının qiymətləndirilməsi, peşəyönümlü məsləhətlərin verilməsi istiqamətində süni intellekt həllərinin hazırlanması nəzərdə tutulub və strategiyamızda müəyyənləşdirilib. Bununla yanaşı, əməyin mühafizəsi istiqamətində Türkiyə ilə oxşar təcrübələrin Azərbaycanda tətbiqi məqsədilə Dövlət Əmək Müfəttişliyi Xidməti ilə birgə araşdırmalar aparılır. Həmçinin sosial cəhətdən həssas kateqoriyadan olan vətəndaşların rəqəmsal savadlılığının artırılması əsas vacib məsələlərdən biridir. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq göstərdiyimiz dəstək tədbirlərindən biri də DOST mərkəzlərində vətəndaşlara özünəxidmət imkanlarının yaradılması, onların internetə çıxış imkanlarının, kompüter dəstəyinin göstərilməsi ilə bağlı fəaliyyətin həyata keçirilməsidir. Əlilliyi olan şəxslərin, ahıl şəxslərin rəqəmsal savadlılığının artırılması ilə bağlı da müxtəlif proqramlar həyata keçirilir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Oktyabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri