“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
AZCON şirkətlərindən olan “Aztelekom” MMC tərəfindən xidmət keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər 2025-ci il ərzində vətəndaş müraciətlərinin idarə olunmasında mühüm nəticələr verib.
Şirkətin yaydığı press-relizdə bildirilir ki, qurumun rəsmi internet saytı və sosial şəbəkə hesabları vasitəsilə daxil olan müraciətlərin sayı əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.

Müraciət və zənglərin sayında qeydə alınan azalma 2021 – 2024-cü illərdə icra edilmiş “Onlayn Azərbaycan” meqalayihəsi çərçivəsində infrastrukturun yenilənməsi, xidmət keyfiyyətinin yüksəldilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin nəticəsi kimi qiymətləndirilir.
Regionlar üzrə onlayn platformalar vasitəsilə 83 mindən çox sorğu emal olunub ki, bu da ötən illə müqayisədə 30 faiz azalma deməkdir. Bakı şəhəri üzrə isə bu göstərici 43 minədək təşkil edib və müraciətlərin sayında 39 faiz azalma qeydə alınıb.
Eyni zamanda 24/7 rejimində fəaliyyət göstərən çağrı mərkəzlərinə daxil olan zənglərin sayında da müsbət dəyişiklik müşahidə olunub. Regionlar üzrə 711 mindən çox zəng qəbul edilib ki, bu göstərici əvvəlki illə müqayisədə 31 faiz azalıb. Bakı şəhəri üzrə isə 578 mindən artıq zəng cavablandırılıb və zənglərin sayında 15 faiz azalma qeydə alınıb.
“Aztelekom” MMC vətəndaşlara daha rahat, əlçatan və dayanıqlı xidmətlərin göstərilməsi məqsədilə bu istiqamətdə fəaliyyətini davam etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 15 Yanvar 2026 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















