Icma.az
close
up
RU
Kənan MM Orxan Saffarinin valideynlərindən üzr istədi

Kənan MM Orxan Saffarinin valideynlərindən üzr istədi

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Dünən dostumla Qarabağın oyununa baxmağa getmişdim. Məkana çatanda artıq təzyiqim normal deyildi. Düşündüm ki, sadəcə ehtiram xətrinə bir az oturum, sonra sakitcə çıxıb gedərəm”.

Lent.az xəbər verir ki, bu sözləri rejissor Kənan Mahmudov (Kənan MM) öz “Facebook” hesabında yazıb.

Kənan Mahmudov daha sonra sözlərinə belə davam edib:

“Söhbət əsnasında öyrəndim ki, Orxan mənim haqqımda status paylaşıb. Yazıda açıq təhqir yox idi. Amma illərdir sənətimdə çəkdiyim əziyyəti, dişimlə-dırnağımla qazandığım yolu kölgəyə salan bir yanaşma var idi. Halbuki 40 bölümlük Türkiyədə çox məşhur “Savaşçı” serialında Azərbaycan zabitini canlandırmışam. Həmin serialda Qarabağ və Xocalı mövzularına toxunan səhnələri özüm qələmə almışam. “Qayıdış” filmi Alanya Film Festivalında Münsiflər Heyətinin Xüsusi Mükafatına layiq görülüb. Həmçinin Ərzurum Gözəl Sənətlər (İncəsənət – red.) Fakültəsində dərs vəsaiti kimi tədris olunur. Bunları görməmək, bilməmək və ya bilmək istəməmək onun seçimidir. Amma adam məndən müsahibə alsaydı, bütün bunları sakit şəkildə izah edərdim sadəcə buna ehtiyac duymayıb.

Etiraf edirəm, özümü saxlaya bilmədim. Nömrəsini tapıb zəng etdim, əsəbi danışdım, qarşılıqlı ağır sözlər oldu. Bununla da kifayətlənməyib bir status yazdım və məsələyə heç bir aidiyyəti olmayan valideynlərini təhqir etdim. İki dəqiqə keçməmiş yazını sildim.  Bunun zatən doğru olmadığını o an anlamışdım. Hisslərimə hakim ola bilmədim. Məhz buna görə peşmanam və  həmin ağsaqqal, ağbirçək insanlardan və səmimi şəkildə üzr istəyirəm. Böyüyün qarşısında üzr istəmək insanı kiçiltmir, əksinə böyüdür.

Emosional insanam, bunu danmıram. Allah şahiddir ki, gecəni çox ağır keçirmişəm. Səhhətimlə bağlı detallara girmək istəmirəm, mövzunu başqa yerə çəkmək niyyətim yoxdur. Allah şeytana lənət eləsin. Orxan Saffari ilə görüşdük və barışığımızı bərpa etdik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 Fevral 2026 20:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri