Icma.az
close
up
RU
Ailələr dağılır, cinayətlər baş verir: Heç kimə dərs olmur

Ailələr dağılır, cinayətlər baş verir: Heç kimə dərs olmur

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kibercinayətlər barədə hər gün danışılır, məlumatlar verilir, xəbərdarlıqlar edilir, bizim bəzi insanlarımız isə sanki bunları görmür, eşitmir



Sumqayıt şəhərində 39 yaşlı qadın polisə müraciət edərək sosial şəbəkələrdə bir nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəldiyini, ondan pul tələb etdiyini və qızıl-zinət əşyasını aldığını bildirib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 26 yaşlı N.Kərimov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.


“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a açıqlamasında məsələyə tələb-təklif kontekstindən yanaşılmasının daha doğru olacağını qeyd etdi: 

- Təklif tələb yaradır. İnsanların müəyyən davranışları əlverişli mühitin yaranmasına gətirib çıxarır. Bu hadisədə tərəflər arasında münasibətlər hansı formada inkişaf edib, biz bilmirik. Ola bilər, qarşı tərəf xanım haqqında məlumatlar əldə edib və ya aralarında həqiqətən də, şəxsi münasibətlər olub. Buna əmin deyilik. Bəlli olan budur ki, insanların etimadını qazanmaq üzrə ustalaşmış şəxslər var. Burada da belə hal olub, yəqin qadının sosial şəbəkədə tanış olduğu adamla münasibətləri buna əsas yaradıb. Burada insan alveri əlamətləri də var. Çünki bu, məqsədli cinayətdir, əvvəlcədən planlanmış əməldir. Şəxs buna hazırlaşıb. Uzun müddət sərf edib edib, qarşı tərəfin etibarını qazanıb. Şantaj üçün dəlillər, sübutlar ələ keçirib. Qadını ittiham edənlər, günahkar sayanlar da çox olacaq. Amma qarşı tərəfin məqsədli şəkildə ünsiyyət qurmasını, yaxınlaşmasını, etibardan sui-istifadə etməsini də nəzərə almalıyıq. Məqsəd gəlir əldə etmək, maddi vəziyyəti yaxşılaşdırmaqdır. Burada cinayət törətmək üçün niyyət var: qadının asılılıq vəziyyətindən istifadə edərək düşünülmüş hərəkətlər etmək və gəlir əldə etmək niyyəti. Xanımlar da ehtiyatlı olmalıdırlar. Özləri barəsində hər məlumatı paylaşmamalıdırlar. Sosial şəbəkələr etibardan sui-istifadə üçün münbit mənbəyə çevrilib. Şəxslər özləri haqqında açıq məlumatlar yazır, statuslar paylaşırlar. Bunu fürsət bilib istifadə edənlər də tapılır. Bu cinayət araşdırıldıqda, bəlkə də, bəlli olacaq ki, həmin şəxs başqa insanları da aldadıb, etibardan sui-istifadə edib. Bəzən qadınlar tərəfindən qisasçılıq zəminində də bu cür hadisələr baş verir, qadınlar hüquq-mühafizə orqanlarına şikayət edirlər, ancaq bu hadisə qarşı tərəfin sırf gəlir əldə etmək məqsədilə şantajdan istifadə etməsinə daha yaxın görünür. 


Sosioloq Elçin Bayramlı “Sherg.az”a açıqlamasında qeyd etdi ki, belə halların kütləviləşdiyi təəəsüf doğurur: 

- Daxili İşlər Nazirliyi hər nə qədər vətəndaşlara xəbərdarlıq edirsə də, təəssüf ki, bəzi insanlara dərs olmur. Burada ciddi məsələlər var. Dünyada əxlaqi-mənəvi dəyərlər pozulub deyə, bu üsullara əl atılır. Bir qadının fotoları, hər hansı formada rüsvayedici şəkilləri, yaxud yazışmaları əks cinsə mənsub yad bir adamda nə gəzir ki, şantaja da məruz qalsın?!. İkincisi, bəli, o biri tərəf də cinayətkardır. Şantaj edir, hədə-qorxu gələrək maddi gəlir əldə etməyə çalışır. Hər iki tərəfdə də ciddi problem var. Sosial şəbəkələrdən normal istifadə qaydaları var. Bunlar dəfələrlə izah edilib. Söyləməkdən, izah etməkdən yorulmuşuq, şəxsi məlumatları vermək olmaz, mesencerdə kimlə necə gəldi görüntülü danışmaq, şəkil ötürmək olmaz. Xüsusən də kənar şəxslərə. Kimsə əsas verməsə, şərait yaratmasa, sənin şəxsi məlumatlarından, fotolarından, yazışmalardan necə istifadə edə bilərlər? Niyə normal insanlarla bağlı bu cür qeyri-münasib hallar baş vermir? İnsan öz fəaliyyətini elə qurmalıdır ki, kimsə onu şantaj etməyi ağlına belə gətirməsin. Bunun üçün elementar şüur, ağıl lazımdır. Hər gün yüzlərlə şəxs aldadılır, bank hesabları oğurulanır. Hazırkı dövrdə bu qədər savadsızca davranmaq olarmı?! Araşdıranda görürsən ki, savadsız, məlumatsız şəxslər belə hallara düşür. Aydın məsələdir, cinayətkar cəzalanmalıdır. Amma niyə belə vəziyyətə düşməlidir insan? Cəmiyyətdə bu, xəstəlik halını alıb. İnkişaf etmiş ölkələrdə belə hallara çox az rast gəlinir. Çünki insanlar məlumatlıdır, internet resurslardan təhlükəsiz istifadə qaydalarını bilirlər. Şəxsi məlumatların qorunması üsulları var. Amma bizdə texniki inkişafa bəzi insanlar oyuncaq, əyləncə vasitəsi kimi baxır. Bu dərəcədə məsuliyyətsizlik, səhlənkarlıq, bilgisizlik olan yerdə insanlar maddi-mənəvi basqıya məruz qalacaq. Hesab edirəm ki, inzibati yolla bu kimi halların qarşısını almaq mümkün olmayacaq. İnternet sərhədsiz məkandır. İnsanlar özləri maariflənməlidir, internet resurslardan düzgün istifadə qaydalarını öyrənməlidirlər ki, şantaja məruz qalmasınlar, kimlərsə onların etibarından sui-istifadə etməsin. Kibercinayətlər barədə hər gün danışılır, məlumatlar verilir, xəbərdarlıqlar edilir, bizim bəzi insanlarımız isə sanki bunları görmür, eşitmir. Cəmiyyətimiz əxlaqi dəyərlərə üstünlük verməlidir. Əxlaqi dəyərlərdə aşınmalar baş verir deyə, ailələr dağılır, cinayətlər baş verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Aprel 2025 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri