Icma.az
close
up
RU
Kənd məktəblərinə də savadlı müəllimlər göndərilməlidir Ekspert

Kənd məktəblərinə də savadlı müəllimlər göndərilməlidir Ekspert

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illər Azərbaycan təhsil sistemində həyata keçirilən islahatların mərkəzində müəllimlərin peşəkar hazırlıq səviyyəsinin qiymətləndirilməsi, yəni sertifikasiya prosesi dayanır. Təhsilin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin müasir tələblərə cavab verən kadrlar tərəfindən təlim-tərbiyə alması baxımından bu proses müstəsna əhəmiyyət daşıyır. Lakin imtahan nəticələrində hər il müəyyən sayda müəllim minimal keçid balını toplaya bilməyərək sertifikasiyadan kənarda qalır. Sertifikasiyadan uğur qazanmayan müəllimlərin ucqar kəndlərə göndərilməsi müzakirə mövzusudur. 
Təhsil eksperti İlqar Orucov mövzu ilə bağlı fikirlərini Modern.az-a açıqlayıb. Onun sözlərinə görə, bu yanaşma çox yanlışdır.
"Təhsil menecmenti, qanunvericilik və pedaqoji ədalət prinsipləri baxımından yanaşdıqda, sertifikasiyadan kəsilən müəllimlərin güzəşt kimi kənd məktəblərinə göndərilməsi həm hüquqi, həm də konseptual olaraq qeyri-mümkündür və tamamilə yanlış bir yanaşmadır.
Bunun fundamental səbəblərindən biri odur ki, regional bərabərlik prinsiplərinə görə, ucqar kəndlərdə və rayonlarda oxuyan şagirdlərin də keyfiyyətli təhsil almaq hüququ şəhər şagirdləri ilə eynidir".

Ekspertin sözlərinə görə kənd məktəblərinə ən səriştəli, yüksək bal toplayan müəllimlər təşviq edilməlidir.

"İki cəhddən sonra bu minimal tələbi ödəyə bilməyən kadrların kənd məktəblərinə yönləndirilməsi təklifi dolayısı ilə “kənd yerlərində təhsilin keyfiyyəti aşağı da ola bilər” kimi təhlükəli bir stereotip yaradır. Əksinə, bölgələrdəki şagirdlərin potensialını üzə çıxarmaq üçün kənd məktəblərinə ən səriştəli, yüksək bal toplayan müəllimlər təşviq edilməlidir. Kənd məktəbləri zəif kadrlar üçün bir sığınacaq olmamalıdır".

İlqar Orucov qeyd edib ki, belə bir qərar qanunla ziddiyyət təşkil edər.

"Digər tərəfdən, Azərbaycan Respublikasının əmək qanunvericiliyinə və təhsil qaydalarına əsasən, təkrar sertifikatlaşdırmadan keçə bilməyən təhsilverənlərin əmək müqaviləsinə qanuni əsaslarla xitam verilir. Həmin şəxslərin müəllimlik hüququ formal olaraq dayandırıldığı üçün hüquqi statusunu itirmiş bir şəxsin hər hansı digər dövlət məktəbində, o cümlədən kənd məktəbində yenidən müəllim kimi fəaliyyətə başlaması qanunla ziddiyyət təşkil edir. Qanunvericilik bu şəxslərin müəllim kimi sistemə qayıtmasını yalnız Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında yenidən uğur qazanmaq şərtinə bağlayır. Eyni zamanda, bu şəxslərin məcburi şəkildə ucqar kəndlərə göndərilməsi həm haqlı sosial narazılıq doğurar, həm də həmin müəllimlərdə dərin motivasiya əskikliyi yaradar. Öz fənnini zəif bilən bir müəllimin resursları məhdud olan kənd məktəbində effektiv nəticə göstərməsi pedaqoji baxımdan real deyil.
Dövlətin müvafiq qurumları tərəfindən bu kateqoriyadan olan vətəndaşların sosial statusu qiymətləndirilə və onlar təhsil müəssisələrində müəllimlikdən kənar digər inzibati və ya texniki vəzifələrə yönləndirilə bilərlər. Lakin onları birbaşa kənd məktəblərinə göndərmək region təhsilinə kömək deyil, əksinə, ordakı keyfiyyət göstəricilərinə ciddi zərbə olar. Fikrimcə, pedaqoji ekosistemin sağlamlığı naminə kənd məktəbləri savadlı müəllimlərin müasir innovasiya mərkəzinə çevrilməlidir".

Lamiyə Cənnətzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Sentyabr 2026 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri