Icma.az
close
up
RU
Kənd müəllimlərinin imkanları əhəmiyyətli dərəcədə yüksələcək“ AÇIQLAMA

Kənd müəllimlərinin imkanları əhəmiyyətli dərəcədə yüksələcək“ AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gələn ildən gənc müəllimlərin kənd məktəblərinə cəlb olunması üçün onların maaşlarına il ərzində təxminən 2 min manat əlavə ediləcək.

Bəs bu addım müəllimləri ucqar kəndlərdə işləməyə həvəsləndirəcəkmi?

Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirdi ki, 2026-cı ildən kənd məktəblərində işləyəcək müəllimlərə illik orta hesabla 2000 manat əlavə ödənişin verilməsi qərarı Azərbaycan təhsil sistemində uzun illər gözlənilən sosial ədalət və regional balansın təmin olunması istiqamətində mühüm dönüş nöqtəsidir:

"Bu addım təkcə maddi təşviq mexanizmi deyil, həm də təhsildə keyfiyyətin bərpası, kadr axınının qarşısının alınması və regionlararası bərabərliyin qorunması baxımından strateji əhəmiyyət daşıyır. Təhsil siyasətində məqsəd yalnız maaş artımı deyil, həm də ucqar və aztəminatlı bölgələrdə müəllim peşəsini cazibədar və perspektivli peşəyə çevirməkdir. Hazırda ölkədə ümumtəhsil məktəblərində təxminən 158 min müəllim fəaliyyət göstərir. Onların 35 faizə yaxını kənd yerlərində, 65 faizi isə şəhər və mərkəzi bölgələrdə çalışır. Lakin iş yükü və maaş nisbəti eyni olsa da, şərait və sosial təminat baxımından fərqlər böyükdür. Dövlət İmtahan Mərkəzinin son üç ilin MİQ nəticələrinə əsasən, şəhər məktəblərində bir vakansiyaya orta hesabla 8 namizəd düşürsə, kənd məktəblərində bu göstərici cəmi 1,6 nəfərdir. Bu, kənd təhsilində kadr çatışmazlığının sistem xarakteri aldığını sübut edir. Elm və Təhsil Nazirliyi məhz bu problemi aradan qaldırmaq üçün diferensial ödəniş mexanizmini tətbiq etməklə həm kadr bölgüsünü, həm də sosial bərabərliyi tənzimləməyə çalışır.

Dünya təcrübəsi göstərir ki, regionlarda pedaqoji kadrların saxlanması və yeni müəllimlərin cəlbi üçün diferensial əməkhaqqı ən effektiv vasitədir. Estoniyada kənd yerlərində çalışan müəllimlərə illik 1500–2000 avro əlavə ödəniş edilir və bu modelin tətbiqindən beş il sonra həmin bölgələrdə kadr çatışmazlığı 37 faiz azalıb. Türkiyədə tətbiq edilən “Kırsal Hizmet Tazminatı” çərçivəsində kənd məktəblərində işləyən müəllimlər maaşlarının 20–25 faizi qədər əlavə bonus alır, Polşa və Litvada isə kənd müəllimlərinə pulsuz mənzil, kommunal güzəştlər və ailə yardımı təqdim edilir. Azərbaycan bu təcrübələri yerli şəraitə uyğunlaşdırmaqla həm maddi, həm də sosial stimullaşdırmanı birləşdirən model formalaşdırır".

Müsahibimiz bu siyasətin müsbət tərəflərindən də danışdı:

"Kənd müəllimlərinin sosial statusu və iqtisadi imkanları əhəmiyyətli dərəcədə yüksələcək. Elm və Təhsil Nazirliyinin son iki ildə həyata keçirdiyi “Kadr siyasətinin regionlar üzrə diferensiasiyası proqramı” nəticəsində 2022-ci ildən bu yana kəndlərdə çalışan gənc müəllimlərin sayı 18 faiz artıb, MİQ nəticələrinə əsasən, kənd vakansiyalarını seçən namizədlərin faizi isə 14-dən 23-ə yüksəlib. Bu, artan stimulların artıq real nəticə verdiyini sübut edir. Eyni zamanda, müəllimlərin iş yerlərini tez-tez dəyişməsi də azalıb. Əgər 2020-ci ildə kənd müəllimlərinin 28 faizi ilk üç ildə işini dəyişirdisə, 2024-cü ildə bu göstərici 17 faizə düşüb və yeni qərarın icrasından sonra bu rəqəmin 10 faizin altına enəcəyi gözlənilir.

Bu addım həmçinin regionların sosial inkişafına da dolayı təsir göstərəcək. Müəllimlər kənd icmalarında mədəni və intellektual həyatın əsas hərəkətverici qüvvəsidir. Onların bölgələrdə daha uzunmüddətli fəaliyyət göstərməsi, kənd məktəblərinin ictimai nüfuzunu artıracaq, valideyn-məktəb əlaqələrini gücləndirəcək və təhsilin keyfiyyət göstəricilərini yüksəldəcək. Nazirliyin bu qərarı dövlətin təhsilə sosial sərmayə qoyuluşunun konkret göstəricisidir və onun nəticəsi yalnız əməkhaqqı artımı ilə deyil, bütövlükdə kənd icmalarının maariflənməsi ilə ölçüləcək.

Lakin bu siyasətin mənfi tərəfi və gələcəkdə diqqət tələb edən məqam ondan ibarətdir ki, maddi stimul uzunmüddətli motivasiya üçün təkbaşına kifayət etmir. Kənd yerlərində infrastruktur problemləri – yol, internet, kommunal xidmətlər, mənzil və məktəb ətrafı sosial şərait – hələ də bir çox gənc müəllimin bölgələrdə qalmasına mane olur. Bu baxımdan, Elm və Təhsil Nazirliyinin digər icra strukturları ilə birgə mənzil proqramları, müəllim evləri, nəqliyyat kompensasiyası və ailə dəstək paketi istiqamətində paralel addımlar atması vacibdir".

Kamran Əsədov vurğuladı ki, dünya təcrübəsinə əsasən maaş artımı kompleks islahatın yalnız bir hissəsi kimi dayanıqlı nəticə verir:

"Cənubi Koreyada tətbiq edilən “Kənd Təhsili İnkişaf Proqramı” çərçivəsində həm maaş artırılıb, həm də ucqar müəllimlər üçün təlim mərkəzləri, mentorluq və ailə dəstəyi proqramları yaradılıb. Nəticədə altı il ərzində regionlarda müəllim sayı 52 faiz artıb. Azərbaycan üçün də oxşar istiqamətdə regional müəllim inkişaf mərkəzlərinin yaradılması, sertifikasiya nəticələrinə əsaslanan diferensial inkişaf kursları və peşəkar mentorluq proqramlarının genişləndirilməsi vacib görünür.

Hesab edirəm ki, 2026-cı ildən kənd müəllimlərinin maaşına illik əlavə ödənişin tətbiqi Elm və Təhsil Nazirliyinin məqsədyönlü və ardıcıl siyasətinin parlaq nümunəsidir. Nazirliyin son illərdə həyata keçirdiyi bu cür qərarlar müəllim əməyinin dəyərini yüksəldir, bölgələr arasında sosial bərabərliyi təmin edir və təhsil sisteminin dayanıqlılığını gücləndirir. Əgər bu model infrastruktur və sosial dəstək tədbirləri ilə tamamlanarsa, növbəti 3–5 ildə kənd məktəblərində vakant yerlərin 60 faizədək azalması və regional təhsil keyfiyyətinin artması real nəticə kimi əldə oluna bilər. Bu qərar həm sosial ədalətin, həm də milli təhsil siyasətinin insan yönümlü mahiyyətinin təsdiqidir".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:287
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Oktyabr 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri