Icma.az
close
up
RU
Menu

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

“Lake Hotel”in qarşısında baş verən faciənin təfərrüatı Foto

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

Zirə autsayderə qarşı

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

Azad Cəfərli: Azərbaycan iqlimə davamlı kənd təsərrüfatına investisiyaları əhəmiyyətli dərəcədə artırıb

Azad Cəfərli: Azərbaycan iqlimə davamlı kənd təsərrüfatına investisiyaları əhəmiyyətli dərəcədə artırıb

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 8 oktyabr, AZƏRTAC

Macarıstanın paytaxtı Budapeşt şəhərində Avropa Kənd Təsərrüfatı Komissiyasının (ECA) 44-cü sessiyası keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirə 48 ölkədən dövlət qurumlarının yüksək səviyyəli rəhbər şəxsləri, özəl sektor və beynəlxalq təşkilatların nümayəndələri, aqrar sahədə çalışan mütəxəssislər və ekspertlər qatılıb. Azərbaycanı beynəlxalq tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbiri açan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi, Baş direktorun köməkçisi Viorel Gutu bildirib ki, qlobal iqlim dəyişikliyi bütün dünyada kənd təsərrüfatı məhsullarının istehsal prosesinə əhəmiyyətli dərəcədə təsir edir. Bununla belə iqlim dəyişikliyi aqrar sahənin inkişafı üçün nadir imkanlar və çağırışlar yaradır. Əhalinin sağlam və keyfiyyətli qida ilə təmin edilməsi üçün məhsuldarlığın artırılmasını və kənd yerlərinin inkişaf etdirilməsini zəruri sayan FAO rəsmisi torpaq və su resurslarının, biomüxtəlifliyin qorunması və fermerlərin fəaliyyətinin dəstəklənməsinin prioritet təşkil etdiyini vurğulayıb.

Macarıstan Kənd Təsərrüfatı Nazirliyinin dövlət katibinin beynəlxalq əlaqələr üzrə müavini Oskar Okros isə öz növbəsində aqro-ərzaq sistemlərinin həm yüksək məhsuldarlığı, həm də uzunmüddətli davamlılığı təmin edəcək şəkildə transformasiyasının ümumi maraqlara xidmət etdiyini deyib.

Aparat rəhbəri Azad Cəfərli “Azərbaycanda kənd təsərrüfatının inkişafına yönələn strateji siyasət və yanaşmalar” mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, ölkəmizdə təbii resurslardan səmərəli istifadə etməklə məhsuldarlığın artırılmasına xidmət edən dayanıqlı aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi prioritet təşkil edir və bununla bağlı dövlət tərəfindən çoxşaxəli dəstək tədbirləri həyata keçirilir.

O, Azərbaycanda dayanıqlı və inklüziv aqro-ərzaq sistemlərinin yaradılması, aqrar sahədə suya və enerjiyə qənaət edən innovativ texnologiyaların tətbiqi, dəqiq əkinçiliyin inkişaf etdirilməsi, torpaqların konsolidasiyası, rəqəmsal transformasiya, yaşıl kənd təsərrüfatına keçid, iqlim dəyişikliyinin təsirlərinin və istixana qazları emissiyasının azaldılması, iqlimə davamlı kənd təsərrüfatına investisiyalar, kənd yerlərinin inkişafı, aqrar sahədə qadın və gənclərin rolunun artırılması sahələrində görülən işləri diqqətə çatdırıb, bu sahədə dövlət dəstəyi tədbirləri barədə məlumat verib.

Çıxış edən natiqlər Avropa və Mərkəzi Asiyada kənd təsərrüfatı sistemlərinin mövcud vəziyyəti, biomüxtəlifliyin qorunması, dayanıqlı kənd təsərrüfatı istehsal sistemlərinə keçid üçün bacarıqların inkişaf etdirilməsi, sabit ərzaq təchizatı, torpaq və su idarəçiliyi, ekosistemin qorunması, inklüziv aqro-ərzaq siyasətləri, rəqəmsal həll və texnologiyaların tətbiqinin genişləndirilməsi, kənd təsərrüfatına dayanıqlı investisiya, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün zəruri olan tədbirlər barədə fikirlərini bölüşüb, mövzu ətrafında müzakirələr aparıblar.

Tədbir çərçivəsində Azad Cəfərli BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi, Baş direktorun köməkçisi Viorel Gutu, eləcə də Türkiyə, Özbəkistan, Danimarka, Ukrayna və İtaliyanın kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən dövlət qurumlarının rəhbər şəxsləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə Azərbaycanın COP29 tədbirini yüksək səviyyədə təşkil etdiyi, elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid sahəsində Azərbaycanın böyük uğurlar qazandığı vurğulanıb, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizə işinə mühüm töhfələr verdiyi diqqətə çatdırılıb. Aparat rəhbəri bildirib ki, son illərdə Azərbaycan iqlimə davamlı kənd təsərrüfatına investisiyaları əhəmiyyətli dərəcədə artırıb. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur “yaşıl zona” kimi inkişaf etdirilir. Bu ərazilərdə kənd təsərrüfatının inkişafı bərpa olunan enerji, ağıllı suvarma texnologiyaları, müasir logistika infrastrukturu və s. əsasında aparılır. O, Azərbaycanda “ağıllı kənd” konsepsiyasının geniş tətbiq olunduğunu da diqqətə çatdıraraq, Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən pilot layihənin bu baxımdan müasir kənd təsərrüfatı texnologiyaları, bərpaolunan enerji mənbələri və innovativ sosial xidmətlərin inteqrasiyasını nümayiş etdirdiyini qeyd edib.

Ölkəmizdə son illərdə iqlim əsaslı kənd təsərrüfatının prioritet kimi müəyyən edildiyini bildirən Azərbaycan nümayəndə heyətinin rəhbəri ölkədə ekoloji kənd təsərrüfatının inkişafı, suya və enerjiyə qənaət edən texnologiyaların tətbiqi, torpağın mühafizəsi və təkmilləşdirilməsi, iqlim dəyişikliyinin təsirlərinin və istixana qazları emissiyasının azaldılması sahəsində görülən işləri də diqqətə çatdırıb, bu sahədə dövlət dəstəyi tədbirləri barədə məlumat verib. Qeyd edib ki, ölkədə üzvi əkinçiliyin, kimyəvi gübrə və pestisidlərdən istifadənin azaldılmasının təşviqi üçün xüsusi subsidiyalar və sertifikatlaşdırma sxemləri tətbiq edilir, müasir suvarma sistemlərindən istifadə edən fermerlərə dövlət dəstəyi göstərilir.

Tərəflər kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıblar.

Daha sonra Aparat rəhbəri Azad Cəfərli Macarıstanda sınaq əkin sahələri və heyvandarlıq təsərrüfatına baş çəkib, aqrar sahədə məhsuldarlığın artırılması, əkinçiliyin və heyvandarlığın inkişafı ilə bağlı görülən işlərlə maraqlanıb. Həmçinin istehsal prosesinin daha da təkmilləşdirilməsi, əkinçiliyin, heyvandarlıq və südçülüyün inkişafı, aqrar sahədə məhsuldarlığın artırılması, ixtisaslaşmış ətlik və südlük iribuynuzlu heyvandarlıq təsərrüfatlarının yaradılmasının əhəmiyyəti, istehsalda müasir texnologiyaların tətbiqi, heyvandarlıqda yem təminatı, innovativ yemləndirmənin əhəmiyyəti məsələləri ətrafında fikir mübadiləsi aparıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:27
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see232

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see231

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see203

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see202

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see172

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see158

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see154

“Lake Hotel”in qarşısında baş verən faciənin təfərrüatı Foto

21 Noyabr 2025 15:08see143

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

21 Noyabr 2025 20:29see137

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

21 Noyabr 2025 13:15see135

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

21 Noyabr 2025 15:07see130

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see129

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

21 Noyabr 2025 16:16see127

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

22 Noyabr 2025 01:05see127

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

21 Noyabr 2025 15:13see126

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

21 Noyabr 2025 23:40see125

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see125

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

22 Noyabr 2025 01:26see124

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see122

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri