“Kənd sakinlərinin gərəkli şəraiti və qazanc imkanları olsa...”
Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Parlamentdə büdcə müzakirələri başlayıb, nazirlər çıxışlar edir, qulağa xoş gələn rəqəmlər səsləndirirlər. Buna baxmayaraq, xərclər gəlirləri üstələyir. Əlbəttə, İkinci Qarabağ müharibəsindən sonra azad edilmiş bölgələrimizin yenidən qurulmasına vəsait ayrılması nəzərə alınmalıdır. Heç bir dövlət və beynəlxalq bank azad olunmuş bölgələrimizin yenidən qurulmasına kredit ayrımır, bunun maliyyə yükü bütünlüklə Azərbaycanın üzərindədir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, bu reallıqla hesablaşmalıyıq:
“2026-cı ildə büdcə xərclərinin 8,4 faizi, yəni 3,5 milyard manat vəsait azad olunmuş bölgələrin bərpasına xərclənəcək. Eyni zamanda ölkənin gəlirlərinin artırılması barədə ciddi düşünüməlidir, kənd təsərrüfatı sahəsində gözlənilən sıçrayış yoxdur, əksinə insanlar torpaqlarını qoyub böyük şəhərlərə köçürlər. Halbuki, kənd sakinlərinin gərəkli şəraiti və qazanc imkanları olsa, şəhərə bu qədər köç baş verməz. Quru sərhədlərin açılmasına da ehtiyac var, qonşu ölkələrlə sərhədlərimiz əbədiyyətə qədər bağlı qala bilməz. Təhlükəsizlik məsələrini sərhədlərin açıq olduğu dönəmdə də həll etmək mümkündür. “Tramp yolu”nun əhəmiyyətindən danışarkən, qonşu ölkələrlə sərhədlərin açılması aktualdır. Həmsərhəd rayonlarımızın sakinləri sərhədlərin açılmasını səbirsizliklə gözləyirlər, ticarətin yenidən canlanmasına ehtiyac var”.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 20 Noyabr 2025 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















