Icma.az
close
up
RU
Kənd Təsərrüfatı Nazirliyinin hansı hallarda vergi sirrinə aid məlumatları əldə edəcəyi müəyyənləşir

Kənd Təsərrüfatı Nazirliyinin hansı hallarda vergi sirrinə aid məlumatları əldə edəcəyi müəyyənləşir

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kənd Təsərrüfatı Nazirliyinin hansı hallarda vergi sirrinə aid məlumatları əldə edəcəyi müəyyənləşir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin aprelin 1-də keçiriləcək iclasının gündəliyinə daxil edilən Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyiciləri haqqında məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu əsasında kənd təsərrüfatı sahəsində subsidiyalara, güzəştli kreditlərə, kənd təsərrüfatı istehsal vasitələrinin güzəştli şərtlərlə satışına və lizinqinə nəzarət edilməsi, habelə ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması məqsədləri üçün zəruri olan hədlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verə bilərlər.

Qeyd edilib ki, Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı sahəsində subsidiyaların, güzəştli kreditlərin və lizinqlərin verilməsi, kənd təsərrüfatı istehsal vasitələrinin satışı, krediti və lizinqinə tətbiq edilən güzəştlərin maliyyələşdirilməsi və həmin vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi, habelə ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması ilə bağlı səlahiyyətləri həyata keçirir. Həmin funksiyalar həyata keçirilərkən dövlət büdcəsinin vəsaitlərindən səmərəli istifadəyə nail olunması, sui-istifadə hallarının qarşısının alınması məqsədilə adıçəkilən qaydalara müvafiq olaraq kənd təsərrüfatı məhsullarının istehsalçıları, tədarükçüləri və təchizatçıları tərəfindən Kənd Təsərrüfatı Nazirliyinə bir sıra məlumatlar təqdim edilir. Müvafiq məlumatların mötəbərliyinin yoxlanılması üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) və Kənd Təsərrüfatı Nazirliyinin "Elektron kənd təsərrüfatı" informasiya sistemi (EKTİS) arasında məlumat mübadiləsinin qurulmasına zərurət var.

Qeyd edilən məlumatların dairəsinə vergi sirrinə aid olunan məlumatlar da daxil olduğu üçün müvafiq məlumatların ötürülməsi təklif olunan layihə ilə Vergi Məcəlləsinə dəyişiklik edilməsi yolu ilə mümkündür.

Beləliklə, dəyişikliyə əsasən vergi orqanları və onların vəzifəli şəxsləri tərəfindən vergi ödəyicilərinin məlumatlarının sorğu əsasında qeyd olunan məqsədlər üçün və zəruri olan hədlərdə müvafiq icra hakimiyyəti orqanına verilməsinin (əldə olunmasının) hüquqi bazası yaradılır. Bununla da aqrar sahədə göstərilən dövlət dəstəyi tədbirlərinin daha ünvanlı, daha şəffaf mühitdə həyata keçirilməsi, həmçinin müraciət edən şəxslərin əlavə sənəd və məlumatlar təqdim etməsindən azad edilməsi təmin olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Mart 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see147

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see139

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri