Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Kənd təsərrüfatı sahəsində bəzi hədlər olacaq

Kənd təsərrüfatı sahəsində bəzi hədlər olacaq

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı üzrə müəssisələrin layihələndirilməsi zamanı Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) öhdəliyi üçün hədlər olacaq.

“Qafqazinfo” verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlara dəyişiklik təklif edilir.

Layihəyə əsasən, həmin hədlər aşağıdakılardır:

- heyvandarlıq müəssisələri üçün layihə üzrə saxlama tutumu 1000 baş iribuynuzlu heyvan ekvivalenti (5 baş xırdabuynuzlu heyvan 1 baş iribuynuzluya, digər dırnaqlı heyvanların hər 1 başı 1 baş iribuynuzluya bərabər tutulmaqla);

- quşçuluq müəssisələri üçün 40 000 baş toyuq ekvivalenti (1 dəvəquşu 25 toyuğa, 1 hindquşu və ya qaz 5 toyuğa, 8 bildirçin 1 toyuğa bərabər tutulmaqla, inkubasiya mərhələsində olanlar istisna edilməklə);

- balıqçılıq (o cümlədən akvakultura) təsərrüfatları üçün illik məhsul həcmi 500 ton.

Aqroparklar isə göstərilən fəaliyyət növləri üzrə müəyyən edilmiş hədlərə bərabər və ya ondan çox göstəricilərə malik olduqda ƏMTQ-yə cəlb olunur.

Siyahının qüvvədə olan redaksiyasında energetika, nəqliyyat, meliorasiya və digər sahələr üzrə ƏMTQ tələbi konkret kəmiyyət meyarları ilə (300 MVt güc, 20 km uzunluq, 1000 ha sahə və s.) müəyyən edildiyi halda, aqrar sektor üzrə 27-ci və 34-cü maddələrdə "ixtisaslaşmış" və "irimiqyaslı" kimi kəmiyyət göstəricisinə bağlı olmayan terminlərdən istifadə olunur. Nəticədə kiçik fermer təsərrüfatları iri sənaye tipli komplekslərlə eyni hüquqi rejimə düşür: fəaliyyət miqyasından asılı olmayaraq ƏMTQ sənədinin hazırlanması xərc və bir ilədək vaxt tələb edir ki, bu da kiçik və orta sahibkarlıq üçün ciddi inzibati və maliyyə yükü yaradır, sahənin investisiya cəlbediciliyini azaldır.

Layihədə tətbiq olunan yanaşma beynəlxalq təcrübəyə əsaslanır. Heyvandarlıq üzrə hədlər beynəlxalq səviyyədə qəbul edilmiş “Şərti Heyvan Vahidi” (Livestock Unit) metodologiyasına uyğun müəyyən edilib; bu metodologiya FAO-nun və Dünya Bankının ekoloji qiymətləndirmə sənədlərində tövsiyə olunur. Quşçuluq üzrə 40 000 baş həddi Avropa İttifaqının Sənaye Emissiyaları Direktivində (2010/75/EU, Annex I) intensiv quşçuluq üçün müəyyən edilmiş limitə tam uyğundur. Balıqçılıq və akvakultura üzrə miqyasdan asılı diferensial yanaşma Aİ-nin ƏMTQ Direktivinin (2011/92/EU), habelə Türkiyə (illik 1000 ton həddi), Norveç və Danimarka təcrübəsinin analoqudur.

Dəyişikliklərin qəbulu nəticəsində aqrar sahədə ƏMTQ-nin tətbiqi üzrə hüquqi müəyyənlik təmin olunacaq, subyektiv qiymətləndirmə aradan qalxacaq və inzibati orqanların qərarları proqnozlaşdırıla bilən olacaqdır. Kiçik və orta təsərrüfatlar əsassız inzibati və maliyyə yükündən azad ediləcək, dövlətin nəzarət resursları real ekoloji risk yaradan iri istehsal komplekslərinə yönəldiləcəkdir. Balıqçılıq sahəsində isə çevik nəzarət mexanizminin tətbiqi ekoloji, iqtisadi və ərzaq təhlükəsizliyi maraqlarının qorunmasını, bazarda sağlam rəqabət mühitinin formalaşmasını və beynəlxalq standartlara uyğun istehsalın təşviqini təmin edəcəkdir. Bütövlükdə layihə sahibkarlıq fəaliyyətinə dövlət müdaxiləsinin minimallaşdırılması prinsipi ilə strateji əhəmiyyətli sahələrdə effektiv nəzarətin təmin edilməsi arasında optimal hüquqi balans yaradır.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Oktyabr 2026 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see318

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see316

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see303

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see297

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see296

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see293

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see292

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see291

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see283

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see283

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see258

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see257

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see254

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see253

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see248

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see247

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see243

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see242

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see239

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri