Icma.az
close
up
RU
Kənd təsərrüfatına təsirlər və yeni başlayan fermerlər üçün proqramlar” mövzusunda seminar keçirilib

Kənd təsərrüfatına təsirlər və yeni başlayan fermerlər üçün proqramlar” mövzusunda seminar keçirilib

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Aqrar Tədqiqatlar Mərkəzi “Fermerlərin yaşlanması: kənd təsərrüfatına təsirlər və yeni başlayan fermerlər üçün proqramlar” mövzusunda seminar təşkil edib. Texas A&M Universitetinin Kənd Təsərrüfatı İqtisadiyyatı Departamentinin rəhbəri, professor Rodolfo M. Nayganın əsas məruzəçi qismində çıxış etdiyi seminarda Kənd Təsərrüfatı Nazirliyinin və tabeli qurumların əməkdaşları qatılıblar. 

Professor Rodolfo M.Nayga qlobal aqrar sektorda fermerlərin yaşlanma meyillərinə dair əsas nəticələri təqdim edərək fəaliyyətə yeni başlayan fermerlər üçün yaranan çağırışlar və imkanlar haqqında ətraflı məlumat verib. Müzakirələr dünyada fermerlərin orta yaşının artması və bunun kənd təsərrüfatının davamlılığına təsiri, torpağa çıxışda çətinliklər, yüksək investisiya xərcləri və maliyyə riskləri kimi maneələr səbəbindən gənclərin kənd təsərrüfatına marağının azalması, qadın fermerlərin mühüm rolu və onların üzləşdikləri spesifik problemlər, yeni nəsil fermerləri sektora cəlb etmək üçün siyasət tədbirləri və istehlakçı dəstək mexanizmləri kimi aktual mövzuları əhatə edib.

Mövzular seminar iştirakçılarının marağına səbəb olub, onlar təşkil edilən müzakirələrdə fəal iştirak ediblər. Seminarda Azərbaycanda kənd təsərrüfatı sahəsində siyasətçilər, tədqiqatçılar, maraqlı tərəflər üçün dəyərli biliklər təqdim edilib. Bu biliklər aqrar sahədə gənclərin iştirakı, gender bərabərliyinin gücləndirilməsi və kənd təsərrüfatının dayanıqlığının təmin olunmasına yönəlmiş strategiyaların formalaşdırılmasında özünü göstərəcək.

Qeyd edək ki, professor Nayga qida iqtisadiyyatı, istehlakçı davranışları və aqrar siyasət sahələrində qlobal səviyyədə tanınan iqtisadçı alimdir. Onun istehlakçıların qida seçimi, qidalanma və sağlamlıqla bağlı tədqiqatları həm akademik, həm də dövlət idarəetməsi sferalarında aparılan fəaliyyətlərə mühüm töhfələr verib.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Dekabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see368

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see252

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see201

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see195

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see166

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see152

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see143

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see141

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see140

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see139

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see137

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see132

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri