Icma.az
close
up
RU
“Kənd təsərrüfatında dövlət satınalmaları: mövcud vəziyyət və perspektivlər” mövzusunda seminar keçirilib

“Kənd təsərrüfatında dövlət satınalmaları: mövcud vəziyyət və perspektivlər” mövzusunda seminar keçirilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 27 may, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Tədarük və Təchizat ASC-nin təşkilatçılığı ilə “Kənd təsərrüfatında dövlət satınalmaları: mövcud vəziyyət və perspektivlər” mövzusunda seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, seminarın keçirilməsində məqsəd kənd təsərrüfatı sektorunda 2024-cü ildə icra edilən satınalmalar, cari ildəki vəziyyət və perspektivlər barədə məlumatları satınalan təşkilatlar və təchizatçılarla bölüşmək, cari ildə keçirilən və qarşıda keçirilməsi nəzərdə tutulan satınalmaların predmentləri, metodları barədə məlumat vermək olub.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndələri, sahibkarlar və təchizatçılar iştirak ediblər.

Çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, satınalma yalnız məhsul və xidmətlərin əldə olunması prosesi deyil, eyni zamanda ictimai resursların düzgün idarə olunması, şəffaflıq və ədalətin təmin edilməsi, fermerlərin və sahibkarların dövlətə olan etimadının gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır: “Satınalma sisteminin rəqəmsallaşdırılması, ictimai iştirakın genişləndirilməsi və institusional nəzarət mexanizmlərinin gücləndirilməsi nazirliyə və cəmiyyətə şəffaf, hesabatlı və ədalətli idarəetmə mühitini təmin etməyə imkan verir. Bu, təkcə fermerlərin deyil, bütövlükdə kənd təsərrüfatı sektorunun inam və dayanıqlığını artırır”.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov qeyd edib ki, dövlət satınalmaları ictimai dəyər yaradan mühüm vasitədir: “Satınalma sahəsində rəqabətli və şəffaf yanaşmaya əsaslanan sistemin qurulması bizim üçün prioritetdir. Dövlət satınalmalarının rəqəmsallaşdırılması və “etender.gov.az” portalı üzərindən həyata keçirilməsi bu sahədə əlçatanlığın və iştirakçılığın əhəmiyyətli dərəcədə artırılmasına xidmət edir. Səmərəli və dürüst satınalma prosesi dövlət-özəl münasibətlərinin möhkəmlənməsinə, eyni zamanda dövlətin dayanıqlı inkişafına töhfə verir”.

“Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə qeyd edib ki, dövlət satınalmaları kənd təsərrüfatı bazarlarına strateji müdaxilə vasitəsi kimi çıxış edərək, həm təklif, həm də tələbin balanslaşdırılmasına şərait yaradır. Bu müdaxilə, xüsusilə bazarda qeyri-sabitlik müşahidə olunduğu dövrlərdə iqtisadi sabitliyin qorunmasına kömək edir.

Tədbir seminar və sual-cavab sessiyası ilə davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri