Icma.az
close
up
RU
Yetirməmlə fəxr edirəm

Yetirməmlə fəxr edirəm

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Akif ABBASOV

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim

(Professor İntiqam Hilal oğlu Cəbrayılov-65)

Yubileylərlə bağlı yazmaq dəbdədir. Bəzən 50, 60, 70 yaşı tamam olacaq bir adam siyahı tutaraq yoldaşlara özü haqqında kitab çap etdirəcəyini söyləyərək dost-tanışdan xahiş edir ki, onlar da öz ürək sözlərini yazsınlar. Hətta iş o yerə çatır ki, yaxşı tanımadığın, yaxud gözündə heç də ideal olmayan bir insan barəsində də məcburən nə isə yazmalı olursan! Fəqət ha yazdın a! Deyilən söz ürəkdən gəlməlidir. Söz sədəqə deyil ki, çıxarıb verəsən. O, insan deyilən sözə layiq olmalıdır.

Həzrəti Məhəmməd peyğəmbərin belə bir hədisi var: “Ən yaxşı sədəqə ürəkdən deyilən sözdür”.

Eşidəndə ki, pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Hilal oğlu Cəbrayılovun anadan olmasının 65 illiyi tamam olur, yadıma peyğəmbərimizin həmin qiymətli kəlamı düşdü. İntiqam müəllim haqqında ürəkdən söz deməyə dəyər!

İntiqam Cəbrayılovla tanışlığım ötən əsrin səksən doqquzuncu ilinə təsadüf edir. O zamanlar bizim institut Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu adlanırdı. Aspiranturaya qəbul imtahanları başa çatmışdı. Hündür boylu bir gənc mənə yaxınlaşaraq özünü təqdim etdi. Neftçalalı olduğunu, Azərbaycan Dövlət Pedaqoji Universitetində tarix-hüquq-ictimaiyyat ixtisası üzrə ali təhsil aldığını, Neftçala rayonunun Xolqaraqaşlı kənd orta məktəbində tarix müəllimi işlədiyini və aspiranturanın əyani şöbəsinə qəbul olduğunu bildirdikdən sonra utana-utana məndən xəbər aldı: “Akif müəllim, mənim elmi rəhbərim olarsınızmı?”

Onun gözlərinə baxdım, duruşuna, danışığına diqqət yetirdim və razı qaldım. Məlum oldu ki, İntiqam müəllim universiteti fərqlənmə diplomu ilə bitirib. Aspiranturaya qəbul imtahanlarında da yaxşı qiymətlər alıb, bir şəxsiyyət kimi də müsbət fikir yaradır. Odur ki, tərəddüd etmədən əlini sıxıb:

- Niyə olmuram ki?! - dedim. - Elmi rəhbər olaram.

Onda İntiqam müəllimin 29 yaşı vardı. Çox sevindi. Razılığını bildirdi. Onun dissertasiya mövzusunu “Tarixi abidələr şagirdlərdə milli mənlik şüuru formalaşdırmağın vasitəsi kimi” müəyyənləşdirdik və o, elmi fəaliyyətə başladı. 1994-cü ildə dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, pedaqoji elmlər namizədi (hazırda pedaqogika üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi aldı.

İntiqam Cəbrayılov

Zənnimdə yanılmamışdım. İntiqam Cəbrayılov yaxşı tarix müəllimi və eyni zamanda səriştəli tədqiqatçı idi. İnstitutda çalışa-çalışa ali təhsil müəssisələrində ümumi tarixdən, Azərbaycan tarixindən mühazirələr oxuyur, seminar məşğələləri keçirirdi. O zamanlar mən institutda şöbə müdiri işləməklə yanaşı Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (hazırda Bakı Qızlar Universiteti) elmi işlər üzrə prorektor idim. Mənim zəmanətimlə rektor, professor Ağarəhim Rəhimov İntiqam Cəbrayılovu müəllim kimi işə götürdü. Hazırda o, Təhsil İnstitutunda çalışmaqla yanaşı həmin universitetdə tarix kafedrasının müdiridir.

2001-2008-ci illərdə İntiqam müəllim mənim müdir olduğum Ali və orta ixtisas təhsilinin nəzəri problemləri şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışmağa başladı. Eyni zamanda elmlər doktoru proqramı üzrə şöbənin doktorantı oldu. 2007-ci ildə “Pedaqoji təmayüllü ali məktəblərdə Azərbaycan tarixi tədrisinin nəzəri və praktik problemləri” mövzusunda təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (tarixin tədrisi metodikası) ixtisası üzrə dissertasiya işini müdafiə edərək pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsi aldı.

Həmin vaxt mən institutun elmi katibi, həm də institutda fəaliyyət göstərən dissertasiya şurasının elmi katibi idim.

İllərə nə var ki?! Quş qanadlıdır. Sezilmədən ötüb keçir, xoş xatirələr qoyub gedir. İllər bax beləcə günləri, həftələri, ayları qovub apardı. Gənclik illərimizi də əlimizdən aldı. Bu il mən 75, İntiqam müəllim isə 65 yaşına çatdı.

Mən təxminən 40 nəfərə qədər elmlər doktoru və fəlsəfə doktoru yetişdirmişəm. Mənim elmi məsləhətim və elmi rəhbərliyimlə onlar müdafiə edib ad-san qazanıblar. Bu qırx nəfərin içərisində pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov öz dəsti-xətti, çalışqanlığı, elmi-pedaqoji fəaliyyəti ilə seçilir. Özü də bir neçə fəlsəfə doktoru və bir nəfər elmlər doktoru yetişdirib.

İntiqam Cəbrayılov Azərbaycan Respublikasının Təhsil İnstitutunda Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiridir. Şöbə əməkdaşlarının elmi-tədqiqat yaradıcılığı yalnız institut üçün deyil, eyni zamanda, bütün təhsil sahəsindən ötrü dəyərlidir.

İntiqam Cəbyarılovun araşdırmaları aktuallığı ilə seçilir. Diqqət yetirək: milli mənlik şüurunun formalaşdırılması, tarixin tədrisində islam dəyərlərindən istifadə, Azərbaycanın yeni və ən yeni dövr tarixinin tədqiqi və tədrisi məsələləri, ali məktəblərdə Azərbaycan tarixi təliminin müasir problemləri, tarixin tədrisində diyarşünaslıq materiallarından istifadə, Azərbaycan tarixi fənni üzrə təhsil standartlarının hazırlanması, tarix ixtisası üzrə müəllim kadrların hazırlığı məsələləri, Azərbaycan tarixinin tədrisində izah və mühakimə metodlarının rolu, Azərbaycan tarixinin tədrisi keyfiyyətini yüksəltməyin şərtləri, Heydər Əliyev irsində Azərbaycan tarixinin tədqiqi və tədrisi məsələləri, tarix dərsliyinin müasir məzmun problemləri, Azərbaycanın dövlətçilik tarixinin tədrisi problemləri, seminar dərslərinin təşkili, tarixi təfəkkürün metodoloji xüsusiyyətləri, tarix fənninin təlim strategiyaları, Azərbaycan tarixşünaslığı və vətən tarixinin tədrisi məsələləri, şəxsiyyətyönlü təhsil və şəxsiyyətin formalaşdırılması, əlavə təhsilin təşkilinin müasir problemləri, təhsilimizin inkişafında Heydər Əliyev mərhələsi və s.

İntiqam Cəbrayılov öz fəaliyyətini elmi-tədqiqatlar aparmaqla, doktorant və dissertantlara elmi rəhbərlik etməklə, rəsmi opponent olmaqla və eyni zamanda ali məktəblərdə tarix fənnindən mühazirə oxumaqla məhdudlaşdırmır. Fəal ictimai iş aparır, müxtəlif elmi qurumların, təşkilatların işində yaxından iştirak edir.

O, respublikada pedaqoji və psixoloji tədqiqatları əlaqələndirən Pedaqogika və Psixologiya Problemləri üzrə Elmi Şuranın sədri vəzifəsini daşımış (2014-2019-cu illərdə); bir müddət ARTPİ-nin nəzdində fəaliyyət göstərən dissertasiya şurasının elmi katibi, sonrakı illərdə dissertasiya şurasının nəzdindəki elmi seminarın elmi katibi, eyni zamanda Təhsil Nazirliyinin elmi-metodik şurasının pedaqogika və psixologiya bölməsinin elmi katibi, 2000-ci ildə “Azərbaycan məktəbi” jurnalının məsul katibi; bütün bunlarla yanaşı, BDU-nun və ADPU-nun nəzdində müxtəlif vaxtlarda yaradılmış birdəfəlik dissertasiya şuralarının üzvü olmuşdur.

İntiqam müəllim həm də ümumtəhsil məktəbləri üçün tarix və həyat bilgisi fənn kurikulumlarının hazırlanmasında komissiya üzvü kimi də iştirak etmiş, Azərbaycan tarixi və ümumi tarix fənləri standartlarını hazırlayarkən milli məsləhətçi və işçi qrupunun sədri olmuşdur.

Hazırda o, ümumi təhsilin milli standartlarını hazırlayan işçi qrupun üzvüdür. Tarix fənni üzrə respublika fənn olimpiadasında komissiya üzvü, “İlin müəllimi” müsabiqəsində ekspert olmuşdur.

Bundan başqa, şagirdlər arasında ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Ən yaxşı təqdimat” respublika müsabiqəsində münsiflər heyətinin üzvü; respublika təhsil işçilərinin sentyabr konfranslarında Təhsil Nazirliyinin nümayəndəsi kimi iştirak edir. Bir neçə il tələbələrin respublika konfransında tarix bölməsi üzrə ekspert komissiyasının; üzvü olmuşdur.

İ.H. Cəbrayılov Əməkdar müəllimidir. “Qabaqcıl təhsil işçisi” döş nişanı təltif olunmuşdur. Turan Elmlər Akademiyasının həqiqi üzvü, akademikdir.

İntiqam müəllimin zəngin elmi yaradıcılığı var. 3 dərs vəsaitinin, 10 monoqrafiya və kitabın, 8 metodik vəsaitin, 48 fənn proqramının, 8 metodik tövsiyənin və 119 elmi məqalənin, 80-a yaxın konfrans materialının və topluda məqalənin müəllifidir.

“Pedaqoji təmayüllü ali məktəblərdə Azərbaycan tarixi tədrisinin nəzəri və praktik problemləri”, “Azərbaycan tarixinin tədrisi metodikası”, “Şəxsiyyətyönlü təhsil və vətəndaş cəmiyyəti”, “Müasir təhsil: axtarışlar və perspektivlər”, “Təhsilin modernləşdirilməsinin elmi-nəzəri problemləri” (həmmüəlliflərlə), “Müasir təhsilə innovativ yanaşmalar” (həmmüəlliflərlə), “Müstəqillik dövründə Azərbaycan təhsili: nəzəri və praktik aspektlər” (həmmüəlliflərlə), “Təhsilin təşkilinə müasir pedaqoji yanaşmalar” monoqrafiyalarını; “Azərbaycan tarixi: Ali məktəblər üçün mühazirə mətnləri”, “Azərbaycan tarixi: Abituriyentlər üçün dərs vəsaiti” (T.M. Məmmədovla), “Əqli mülkiyyət mədəniyyətinin nəzəri və pedaqoji əsasları: magistrantlar üçün (K.V. Mikayılova ilə) dərs vəsaitlərini nümunə göstərmək mümkündür.

Beləcə, pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Hilal oğlu Cəbrayılovun həyatının və elmi-pedaqoji fəaliyyətinin bəzi məqamlarını diqqət mərkəzinə gətirdik.

Elm sahəsində yetirməm olan İntiqam müəllimlə fəxr edirəm. O, mənim ümidlərimi doğrultmuş, pedaqoji elmin zirvəsinə qalxmağa müvəffəq olmuşdur. İntiqam müəllim təcrübəli ali məktəb müəllimi, istedadlı metodist və pedaqoq, səriştəli tədqiqatçıdır!

Bir Allah şahiddir ki, yuxarıda bütün dediklərim ürəkdən gələn sözlərdir, həqiqətdir!

Mən pedaqogika elmləri doktoru, professor olduğum kimi İntiqam müəllim də pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllimdir.

Mən öz yetirməmlə fəxr edirəm!

Mən yetirməm professor, Turan Elmlər Akademiyasının həqiqi üzvü, akademik İntiqam Hilal oğlu Cəbrayılovun 65 illik yubileyini salamlayır və üzümü ona tutaraq deyirəm: 65 yaşın mübarək, İntiqam müəllim!!!


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://reyting.az
archiveBu xəbər 15 Dekabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1220

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see495

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see389

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see387

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see378

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see337

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see320

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see282

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see217

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see208

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see202

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see198

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see193

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see188

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see184

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see183

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see171

“Bu, ciddi bir xəstəlikdir...”

05 Oktyabr 2026 18:07see167

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see166

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri