Icma.az
close
up
RU
Kənd təsərrüfatında özəl sektorun payı artırılır Azərbaycanda yaxın beş ildə hansı işlər görüləcək?

Kənd təsərrüfatında özəl sektorun payı artırılır Azərbaycanda yaxın beş ildə hansı işlər görüləcək?

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycanın meyvə-tərəvəz, bostan məhsulları üzrə özünütəminetmə səviyyəsi 100 faizi ötüb və ölkənin aqrar ixracında da bu məhsullar mühüm paya sahibdir".

Moderator.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn deyib.

O bildirib ki, yeni qəbul edilən "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-30-cu illər üçün Dövlət Proqramı" meyvə-tərəvəz sektorunun da inkişafı baxımından mühüm əhəmiyyət daşıyır:

"Belə ki, 2030-cu ilə kimi intensiv və superintensiv meyvə bağlarının sahəsinin 20 min hektar, müasir istixana komplekslərinin həcminin isə 500 hektar artırılması qarşıya məqsəd qoyulub. Yeni intensiv və superintensiv meyvə bağlarının salınması birbaşa məhsuldarlığın yüksəldilməsinə və ixrac potensialının genişləndirilməsinə xidmət edəcək. Bu isə öz növbəsində kənd təsərrüfatı və emal məhsullarının ixracının həcminin ortaillik 6 faiz artması hədəfinin reallaşmasına töhfə verəcək".

"Məlumat üçün bildirim ki, 2025-ci ildə qeyri-neft sektoru üzrə ixracda məhsulların siyahısına nəzər salanda ilk onluqdakı məhsulların yarısının kənd təsərrüfatı sektoruna aid olduğunu görürük. Belə ki, ötən il ölkəmizdən 193 milyon ABŞ dolları dəyərində pomidor (siyahıda ikinci yer), 170 milyon ABŞ dolları dəyərində fındıq ləpəsi (dördüncü yer), 160 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı (beşinci yer), 144 milyon ABŞ dolları dəyərində xurma (altıncı yer) və 111 milyon ABŞ dolları dəyərində şaftalı (səkkizinci yer) ixrac edilib. Başqa sözlə, ilk onluqda təmsil olunan məhsulların ümumi ixrac dəyərinin təxminən yarısı kənd təsərrüfatı məhsullarına məxsusdur. Müasir istixanaların, intensiv və superintensiv meyvə bağlarının sahələrinin də genişlənməsi bu sahədə ixracın artmasında xüsusi rol oynayacaq", - deyə direktor müavini vurğulayıb.

Onun sözlərinə görə, Dövlət Proqramı çərçivəsində 170 min hektar sahəyə müasir suvarma sistemlərinin tətbiqinin hədəflənməsi kənd təsərrüfatında su resurslarından səmərəli istifadəyə və məhsuldarlığın artmasına xidmət etməklə yanaşı, daxili bazarda bolluğa, ixrac bazarlarında isə rəqabət üstünlüyümüzün güclənməsinə təkan verəcək:

"Burada mühüm bir məqamı da qeyd edək ki, yeni Dövlət Proqramı çərçivəsində qeyd edilən hədəflərə nail olmaq üçün dövlətlə yanaşı, özəl sektorun da prosesdə daha aktiv rol alması istiqamətində iş aparılacaq. Bunun üçün Dövlət Proqramı çərçivəsində qoyulacaq investisiyanın 63 faizinin özəl sektor tərəfindən reallaşdırılması nəzərdə tutulub".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 May 2026 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri