Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

“Kəndlərə atəş açmamışıq, mərmilər təsadüfən dəyib” Mnatsakanyan

“Kəndlərə atəş açmamışıq, mərmilər təsadüfən dəyib” Mnatsakanyan

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 12-də davam etdirilib.

Yenisabah.az AZƏRTAC-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə iclasında təqsirləndirilən şəxs Levon Mnatsakanyan 2016-da baş vermiş və şərti olaraq "Aprel döyüşləri" adlandırılan hadisələrlə bağlı dövlət ittihamını müdafiə edən prokurorun növbəti suallarını cavablandırıb.

Həmin vaxt general-leytenant rütbəsi ilə qondarma rejimin "müdafiə naziri" olmuş L.Mnatsakanyan Aprel döyüşlərinin nəticələrinin Ermənistanda necə qiymətləndirilməsi barədə sualı cavablandırarkən, həmin döyüşlər zamanı 18 döyüş mövqeyi "itirdiklərini" bildirib.

Təqsirləndirilən şəxs Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavabında Aprel döyüşləri zamanı mülki şəxslərin yaşadıqları ərazilərin artilleriya atəşinə tutulmadığını, həmin ərazilərdə və ərazilərə yaxın yerlərdə hərbi hissə, hərbi texnika və hərbçilərin olduğunu, evlərə mərmi düşməsini təsadüf hesab etdiyini, bunun məqsədli şəkildə olmadığını iddia edib və bildirib: "Kəndə hücum olmayıb. Kəndə atəş açmamışıq".

Məhkəmədə L.Mnatsakanyanın Aprel döyüşləri ilə bağlı jurnalistlərə verdiyi müsahibəsindən bəzi hissələr də tədqiq edilib.

O, Aprel döyüşlərindən sonra verdiyi müsahibədə "Ümumi vəziyyət nəzarət altındadır, qoşunların döyüş hazırlığı müvafiq səviyyədədir, sərhədlərimiz möhkəmdir və etibarlı əllərdədir" deyir. L.Mnatsakanyan jurnalistin "Düzdür ki, qarşı tərəf də müdafiə olunur?" sualına "Bəli" cavabını verir.

Bu zaman dövlət ittihamçısı xatırladıb ki, L.Mnatsakanyan məhkəmədəki sərbəst ifadəsində Aprel döyüşləri zamanı fikir bildirmədiyini deyib. "Lakin videodan görünür ki, mətbuatda da fikirlər bildirmisiniz", - deyə prokuror əlavə edib.

Prokurorun "Müsahibədə barəsində danışdığınz qarşı tərəf kimdir və sizin hansı hücumdan müdafiə olunur?" sualına isə L.Mnatsakanyan konkret cavab verməyib.

Məhkəmədə L.Mnatsakanyanın verdiyi daha bir müsahibə nümayiş etdirilib. Videogörüntülərdə o, Cıdır düzündə jurnalistin suallarını cavablandırır. L.Mnatsakanyan müsahibədə 2015-ci il fevralın 24-dən 25-nə keçən gecə baş vermiş döyüşlər və 2016-cı ildə baş vermiş Aprel döyüşləri barədə danışır, Azərbaycan xüsusi təyinatlılarını "Yaşma briqadası" adlandıraraq onların həmin döyüşlərdə iştirak etdiyini bildirir, "orduda" görülən işlər barədə isə deyir: "Təkmilləşdirmək o deməkdir ki, əlimizdə olan imkanları daha da gücləndirməliyik. Əlimizdəki atəş vasitələrinin və sistemlərinin imkanlarını genişləndirməliyik. Bu istiqamətdə bizdə müvafiq işlər aparılır. Xüsusilə müşahidə cihazları sahəsində genişləndirmə işləri aparırıq. Həm atəş, həm də məhvetmə sistemləri üzrə irəliləyişlər əldə olunub. Bəzi məhdud şəraitlərdə müəyyən çatışmazlıqlarımız olub, amma indi - istər səhər, istər gündüz - biz səmərəli şəkildə atəş aça bilirik.

Bundan əlavə, idarəetmə imkanlarımızı da artırmışıq. Bu da ümumi sistemə daxildir. Həm kəşfiyyat, həm də atəş istiqamətində irəliləyişlərimiz var.

Əlavə olaraq, əldə etdiyimiz yeni texnologiyalar və texniki vasitələrlə bağlı praktiki tədbirlər görülür. Hərbi sənaye kompleksi üzrə də işlər aparılır.

...Daha uzaqmənzilli tank əleyhinə və digər müasir vasitələr də mövcuddur. Bundan başqa, biz yeni texnologiyalar və atəş vasitələri əldə etmişik. Bu vasitələrin istifadəsi ilə bağlı şəxsi heyətə də təlimlər keçirilir".

O, prokurorun suallarını cavablandırarkən müsahibənin əvvəlcə "İsa bulağı"nın yaxınlığındakı evlərdən birinin eyvanında təşkil olunacağını, lakin jurnalistin işıqlandırma problemini deməsindən sonra Cıdır düzünə getdiklərini söyləyib.

Fasilədən sonra məhkəmədə internet resurlarından götürülmüş növbəti videomaterial nümayiş etdirilib və tədqiq olunub. Media materialında qondarma rejimin "müdafiə naziri" Levon Mnatsakanyan və keçmiş "müdafiə naziri" Samvel Babayan bir-birlərini ittiham edirlər. Videomaterialda L.Mnatsakanyan S.Babayanı 1994-cü ildə "Azərbaycan tərəfinə 21 kilometr ərazi verməkdə" günahlandırır.

Məlum olur ki, S.Babayan əvvəlki müsahibələrindən birində Aprel döyüşləri zamanı zamanı erməni tərəfinin ciddi səhvlərə yol verdiyini bildirib. L.Mnatsakanyan isə ərazi itkilərini inkar etmir, amma S. Babayana məsləhət görür ki, öz yaddaşını təzələsin və 1994-cü ildə özü tərəfindən "Azərbaycana necə torpaq verildiyini" xatırlasın. Videomaterialda S.Babayan 2016-cı ilin aprelində baş verənlərin müharibə deyil, "diversiya" olduğunu iddia edir, L.Mnatsakanyan isə bildirir ki, baş verənlər tammiqyaslı əməliyyat, müharibə idi.

Tədqiq edilən növbəti videomaterialda Ermənistanın sabiq baş naziri Karen Karapetyanın və qondarma rejimin "baş naziri" Arayik Arutyunyanın Azərbaycanın vaxtilə işğalda olan ərazilərində hərbçilərlə görüşdüyü görünür.

L.Mnatsakanyan videomaterialla əlaqədar bildirib ki, vaxtilə Ermənistandan bir çox rəsmi şəxslər, habelə müdafiə və xarici işlər nazirləri də həmin ərazilərə səfərlər ediblər.

Nümayiş etdirilən növbəti videomaterialda Ermənistanın sabiq müdafiə naziri Davit Tonoyanın qondarma rejimin "hərbi qurum"undakı vəziyyətlə tanış olduğu görünür. Keçirilən müşavirədə, hərbçilərdən əlavə Ermənistanın sabiq xarici işlər naziri Zöhrab Mnatsakanyan və qondarma rejimin "xarici işlər naziri" də iştirak ediblər.

Azərbaycan ərazilərinin minalanması barədə sualları cavablandırarkən deyib ki, minalar iki istiqamətdə - şimal və cənub istiqamətlərində basdırlıb. Minalar yerləşdirildikdən sonra formulyarlar yuxarı qərargaha təqdim edilib: "Formulyarın bir nüsxəsi isə hərbi hissədə qalırdı. Qalan bütün formulyarlar mühəndis qoşunları idarəsində olub".

O, formulyarla bağlı bildirib ki, bu, mina basdırılan ərazinin böyük dəqiqliklə sxemidir, mina xəritəsində isə dəqiqlik yoxdur: "Orada rayonlar göstərilib ki, harada minalar var. Amma formulyarda minanın konkret yerini bilmək mümkündür".

L.Mnatsakanyan Azərbaycan ərazilərində hansı minaların basdırılması barədə sualı isə belə cavablandırıb: "Başlanğıc mərhələdə Sovet İttifaqında istehsal olunmuş minalar basdırılıb. Sonrakı mərhələdə Rusiya Fedrasiyasından alınıb, Ermənistan vasitəsi ilə bizə verilib. Son dövrlərdə isə Ermənistan Respublikasında da istehsal olunurdu və bizə verilirdi. Minaların növləri piyada əleyhinə və tank əleyhinə minalar idi".

Məhkəmə prosesi iyunun 13-də davam etdiriləcək.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 İyun 2025 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see647

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see320

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see305

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see294

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see290

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see288

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see270

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see269

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see264

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see261

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see249

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see247

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see225

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see215

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see215

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see214

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see209

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see204

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see201

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri