Icma.az
close
up
RU
Kəndlərimiz niyə yulğunluğa çevrilir?

Kəndlərimiz niyə yulğunluğa çevrilir?

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Bugünlərdə yolum doğulduğum kəndə düşdü. Gördüm bütün kəndi-kəsəyi yulğun basıb. Hətta, çəpərlərin dibində, yolların qırağında o qədər qalın yulğunlar bitib ki, insanlar qaranlıqda gedəndə qorxurlar, qara basır adamı. Maraqlandım ki, bu kənd niyə belə olub, niyə bu yulğunları qırıb, küçələri təmizləmirlər? Dedilər o yulğunların bircəciyinə toxunsan, yarım saatdan sonra ekologiyanın nümayəndəsi papkası ilə yanında hazır olacaq və hər yulğuna görə neçə min manat cərimə yazacaq. Ona görə də heç kəs qorxusundan yulğuna toxunmur. Yulğun da alaq otu kimi o qədər həyasızdır ki, kəndi tamam alıb altına. 

Camaat danışır ki, sakinlər boş torpaqlardan həyətyanı sahə, yaxud, əkin üçün sahə götürmək istəyəndə oranı yulğundan  təmizləmək üçün ekologiya idarəsinə verilən (min manatlarla ölçülən) rüşvət torpağın alınmasına və əkilməsinə çəkilən xərcdən qat-qat yüksək olur. Ona görə də imkanı olan da əkin-biçinlə, iş qurmaqla məşğul olmur. Nəticədə kənddə işsizlik, aclıq, səfalət hökm sürür, yulğunluğa çevrilir... 

Yeri gəlmişkən, uşaq olanda eşitmişdik ki, biri digərini qarğıyanda "Yurdun yulğunluq olsun" deyərdi.  İndi nəinki bizim kənd, Azərbaycanın bütün kəndləri yulğunluq olub. Görəsən bu kəndləri belə kütləvi şəkildə kim qarğıdı? Allahmı qarğıdı? 
Onu da qeyd edim ki, Quranı Kərimdə zalımlardan, yolazmışlardan bəhs edərkən Rəbbim buyurur: "Biz onların yurdlarını xaraba qoyub, yerində yulğun bitirərik". Quranın bu ayəsini öz kəndimizdə əyani şəkildə görəndə çox pis oldum. Bir zamanlar mərd , xeyirxah kişilərin yaşadığı bu kəndin belə  acınacaqlı halına , səfalət basmasına lap ürəyim ağrıdı. İstədim öz həyətimizin ətrafında biraz təmizlik işləri aparam, başqaları da mənə baxıb kəndi səfalətdən azad etsinlər. Lakin, hansı troktoristə dedimsə, dedilər üz vurma, biz bu işi görsək,  bizə elə bir cərimə yazarlar ki, heç evimizi də sarsaq qurtula bilmərik. 
Kor-peşman Bakıya qayıtdım. Kənddən çıxarkən bir daha ürək ağrısı ilə geriyə baxdım və bu sözləri dedim: kəndlərimizi bu vəziyyətə salanların yurdu yulğunluq olsun! 

Paşa Yaqub,

Hurriyyet.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 Noyabr 2024 00:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see468

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see274

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see268

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see264

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see256

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see252

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see248

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see243

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see234

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see234

Ayağı sınan idmançı bir il sonra çempion oldu Reablitasiya möcüzəsi VİDEO

18 Sentyabr 2026 18:11see230

Ürək xəstəliyi olanlara kartof makaron qadağandır Kardioloq

18 Sentyabr 2026 18:20see223

Alzheimer özünü belə göstərir: Yaddaş itkisindən əvvəl 4 siqnal

18 Sentyabr 2026 17:51see218

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see210

Miqrenin inteqrativ müalicəsi: Baş ağrısını yox, səbəbini müalicə etmək lazımdır!

18 Sentyabr 2026 17:25see208

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see202

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see201

Boşandıqdan sonra ilk dəfə münasibətə hazırlaşır

19 Sentyabr 2026 01:55see191

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see181

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri