Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Kəndlini kənddə saxlamaq üçün: İş, məktəb, pul, ev, əyləncə...

Kəndlini kənddə saxlamaq üçün: İş, məktəb, pul, ev, əyləncə...

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Son vaxtlar urbanizasiya aktual məsələrdən biri olsa da, bu istiqamətdə problemlər hələ də həll olmur.  

Burada əsas məqamlardan biri kmi bölgələrdə mövcud infrastrukturun, iş yerlərinin olmaması nəticəsində əhalinin paytaxta köç etməsi göstərilir. Onu da qeyd edək ki, bu gün kəndlərdə şagird sayı az olan məktəblər birləşdirilir, Sovet dövründə mövcud olan həkim məntəqələri bağlanır, həkimlər artıq yoxdur, kitabxanalar bağlanıb.  Mövcud sosial infratrukturun olmaması isə vətəndaşları öz doğma yerlərini tərk etməyə məcbur edir.   

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, Milli Cəbhə Partiyasının (MCP) başqanı Razi Nurullayev  məsələ ilə bağlı bildirib ki, Azərbaycanda kəndlərin boşalması artıq sadəcə sosial məsələ deyil, milli təhlükəsizlik və ərzaq müstəqilliyi ilə bağlı strateji problemdir: 

“Gəncləri kənddə saxlamaq çağırışlarla yox, yalnız real iqtisadi və sosial üstünlüklər yaratmaqla mümkündür. Dövlət kənddə yaşayan ailələrə xüsusi güzəştlər paketi təqdim etməli və təcili olaraq "Kəndlərin İnkişafı üzrə Dövlət Proqramı" qəbul olunmalıdır”. Deputat kənd insanının üzləşdiyi əsas iqtisadi çətinlikləri və gənclərin köç səbəblərini diqqətə çatdırıb:

“Biz gəncləri daha yaxşı həyat və sabit gəlir axtardıqları üçün qınaya bilmərik. Bu gün kənddə iş yerləri məhduddur, sosial-mədəni mühit zəifdir. Hətta dağ kəndində yaşayan bir ağsaqqalın dediyi "Mənə təmiz hava yox, pul lazımdır" sözləri bu acı reallığı tam ifadə edir. 

Şəhərin ekoloji yükünü azaldan, ölkənin ərzaq təhlükəsizliyini təmin edən kənd sakini dövlət tərəfindən xüsusi dəstəklənməlidir. Kənddə daimi yaşayan ailələr üçün kommunal xərclərdə (qaz, işıq, su) güzəştlər tətbiq edilməli, kənddə ev tikmək istəyən gənclərə güzəştli ipoteka və biznes qrantları verilməlidir”. 

Millət vəkili kəndlərdə emal sənayesinin qurulmasının və mütəxəssislərin təşviq edilməsinin vacibliyini vurğulayıb: 

“Kənd yalnız əkin sahəsi deyil, iqtisadiyyatın drayveridir. Kəndlərdə emal müəssisələri, aqroparklar və logistika mərkəzləri yaradılmalıdır ki, kəndli məhsulunu emal edib daha çox gəlir qazana bilsin. Həmçinin kənddə çalışan müəllim, həkim, aqronom və baytarlar üçün əlavə əməkhaqqı və mənzil proqramları genişləndirilməlidir. 

Hazırlanacaq "Kəndlərin İnkişafı üzrə Dövlət Proqramı" güzəştli kreditləri, rəqəmsal təhsili, yüksək sürətli interneti və sosial infrastrukturu özündə birləşdirməlidir. Gənc şəhərə köçməyi deyil, kənddə qalmağı özü üçün daha sərfəli seçim hesab etməlidir”. 

Mövcud problemlə bağlı  iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda regionlardan, kəndlərdən şəhərə köç davam edəcək:

“Bizdə urbanizasiya hələ bitməyib. Bu, yalnız iqtisadi məsələ deyil. Belə ki, “yalnız işi-gücü olsun, kənddə yaşayacaq” düşüncəsi də yanlışdır. 

Çünki yalnız bununla məsələ həll olunmur. Kənd həyatı ilə şəhər həyatı arasında keyfiyyət fərqi aradan qalxmalıdır. Yəni mədəni istirahət imkanları yaradılmalı, regional mərkəzlər formalaşmalıdır. Kənddə yaşayan istənilən şəxs bir neçə kilometr getməklə hansısa bir qəsəbədə, şəhərdə şəhər həyatı yaşamalıdır. 

Teatra, kinoya getməli, dincəlməli, müxtəlif mədəni tədbirlərin iştirakçısı olmalıdır. Biz şəhər dedikdə ancaq Bakını düşünürük. Ölkədə 6-8 böyük şəhər olmalıdır.

Xankəndi, Şəki, Gəncə, Lənkəran, Mingəçevir kimi şəhərlər cazibə mərkəzinə çevrilməlidir. Belə olsa, bəlkə də bu prosesin qarşısını almaq mümkün olar”. 

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: urbanizasiya Razi Nurullayev Natiq Cəfərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Avqust 2026 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see617

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see549

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see421

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see334

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see296

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see292

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see290

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see278

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see273

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see254

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see237

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see228

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see227

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see222

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see217

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see209

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see202

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see199

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see198

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri