Icma.az
close
up
RU
Kəndlini bazara buraxmırlar

Kəndlini bazara buraxmırlar

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Ölkədə müxtəlif sahələrdə yerli istehsalın olmasına baxmayaraq, sahibkarlar məhsullarını bazara çıxara bilməməkdən şikayətlənir, bu sahədə müxtəlif maneələrlə rastlaşdıqlarını bildirirlər. 

Bunun nəticəsidir ki, ötən mövsümdə bir sıra sahibkar artıq yetişdirdiyi məhsulları bazara çıxara bilmədiyi üçün məhv etməyə qərar vermişdi. Eləcə də həmin məhsulu yetişdirməkdən imtina edirdi. 

Millət vəkili Tahir Rzayev bu istiqamətdə problemə toxunaraq bildirib ki, Azərbaycanda sahibkarlar bəzən məhsullarını sata bilmədikləri ilə bağlı şikayət edirlər: 

"Bu gün dövlətin bazara müdaxiləsi yolverilməzdir. Bu, gələcəkdə ciddi problemlər yarada bilər. Çünki biz azad sahibkarlığa doğru gedirik. Bu gün sahibkarın özü bazarı tənzimləməlidir". 

Hazırda yerlərdə məhsul çox ucuz qiymətə satılır, Bakıya gətirib satmaq isə maliyyə tələb edir. Ən azından yerlərdə dövlət tədarük məntəqəsi yarada bilərmi ki, sahibkarlar əldə etdiyi məhsulu bazara çıxarmaq imkanı qazansın? 

Məsələ ilə bağlı İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev "Cebheinfo.az" - a bildirib ki, bazara müdaxilə dedikdə, əslində bazar prinsiplərinə uyğun olmayan dövlət müdaxilələri nəzərdə tutulur:

"Dövlət əslində bazarı tənzimləməlidir. Yəni bazarda qayda - qanun formalaşdırmalıdır. Bütün sahibkarlıq subyektləri, bazar iştirakçıları bu qaydalara riayət etməlidir. Kim bu qaydaları pozursa, dövlət cərimə və müəyyən qaydalar tətbiq etməlidir. 

Yəni bu, futbolda hakim mövqeyinin formalaşdırdığı kimidir. Ancaq digər amillər artıq "futbolçuların" fərasətindən asılıdır. Kəndlərdən fermerlər bazara gəlir və mallarını satmaqda çətinlik çəkirlər. Burada artıq dövlət tənzimləmə rolunu oynamalıdır. 

Yəni bazarda xüsusi mövqeyindən istifadə edərək müxtəlif üsullarla bazar prinsiplərinə uyğun olmadan arada vasitəçi ilə pul qazanmaq və yaxud da sahibkarların asan yerlərə çıxışını məhdudlaşdırmaq, onlardan "haqq" tələb etmək, yollarda məhsul gətirilərkən müxtəlif maneələr yaratmaq kimi məsələlər aradan qaldırılmalıdır. Bu problemlər olmadığı halda bazarda nəticəyə nail olmaq olar". 

Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: sahibkarlar Ruslan Atakişiyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 May 2026 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see488

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see245

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see232

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see222

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see203

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see196

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see189

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see187

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see186

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see183

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see182

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see178

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see174

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see166

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri