Icma.az
close
up
RU
400 manat kəndlini qane edəcək?

400 manat kəndlini qane edəcək?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Nazirlər Kabineti Azərbaycanda 2026-cı il üçün ərzaqlıq buğdanın dövlət tədarük qiymətini 400 manat/ton olaraq müəyyən edib. 

Bununla bağlı Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb. Sərəncama əsasən, bu, 2025-ci illə müqayisədə eynidir. 

Xatırladaq ki, Prezident İlham Əliyevin "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" 19 iyul 2022-ci il tarixli fərmanına görə, əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödənilir. 

Qeyd edək ki, Azərbaycanda 2025/2026-cı il mövsümündə buğda istehsalı təqribən 1,58 milyon ton təşkil edib. Ölkənin illik daxili tələbatı tam ödənilmədiyindən, tələb olunan həcmin əhəmiyyətli hissəsi – orta hesabla 1,2 - 1,3 milyon ton civarında taxıl xarici ölkələrdən (əsasən Rusiya və Qazaxıstandan) idxal edilib.

Buğda istehsalına marağı necə yaratmaq olar?

Liberal İqtisadçılar Mərkəzinin sədri, kənd təsərrüfatı eksperti Akif Nasirli “Cebheinfo.az”- a bildirib ki, ərzaqlıq buğdanın dövlət tədarük qiymətinin 400 manat/ton səviyyəsində saxlanılması fermerlər üçün müəyyən sabitlik yaratsa da, bu, təkbaşına buğda istehsalına marağı əhəmiyyətli dərəcədə artırmaya bilər:

“Çünki son illərdə toxum, gübrə, yanacaq, suvarma, texnika və əmək xərcləri artıb. Əgər satış qiyməti bu xərclərin artımını və fermerin gəlirliliyini tam qarşılamırsa, istehsalçılar daha gəlirli məhsulların becərilməsinə üstünlük verə bilərlər. 

Buğda istehsalını artırmaq üçün fermerlərə daha geniş dəstək mexanizmləri yaradılmalıdır. Subsidiyaların artırılması və vaxtında ödənilməsi, keyfiyyətli toxum və gübrənin əlçatan qiymətlərlə təmin edilməsi, güzəştli kreditlərin genişləndirilməsi, suvarma infrastrukturunun yaxşılaşdırılması, kənd təsərrüfatı texnikasına çıxışın asanlaşdırılması və məhsul sığortasının daha effektiv işləməsi istehsalın artmasına ciddi təsir göstərə bilər”. 

Ekspert qeyd edir ki, eyni zamanda, fermerlər uzunmüddətli və sabit alış zəmanəti əldə etsələr, buğda əkininə maraqları daha da yüksələr. 

Aişə Abdulova 
“Cebheinfo.az”

Açar sözlər: buğda Akif Nasirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 İyun 2026 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see256

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see248

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see240

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see236

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see234

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see230

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see224

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see218

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see217

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see216

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see205

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see203

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see200

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see200

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see200

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see199

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see198

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see197

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see194

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri