Kəngərli və Ordubadın kənd yollarında selin fəsadları aradan qaldırılır
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Naxçıvan, 5 iyun, AZƏRTAC
Yağan güclü yağışlar nəticəsində yaranan sel suları Kəngərli rayonunun Çalxanqala kənd avtomobil yolunun müxtəlif hissələrini yararsız hala salıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dərhal əraziyə baxış keçirilib və bərpa işlərinə başlanılıb.
Hazırda ərazidə yolun sel sularından zədələnmiş hissələri texnika vasitəsilə bərpa olunur və nəqliyyatın normal hərəkətinin təmin olunması üçün tədbirlər davam etdirilir.
Qeyd edək ki, analoji hal dünən Ordubad rayonunun Tivi kənd avtomobil yolunda da baş verib. Hazırda həmin ərazidə də yolun bərpası, möhkəmləndirilməsi işləri həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:Kəngərli və Ordubadın kənd yollarında selin fəsadları aradan qaldırılır
07 İyun 2025 08:24
Şərur yollarında selin fəsadları aradan qaldırılır
06 İyul 2025 15:45
Lökbatanda leysan və selin fəsadları aradan qaldırılır Foto
25 Aprel 2025 18:22
“Bəhruz Kəngərli işığında”
09 Fevral 2025 09:15
Qaxda leysan və dolunun fəsadları aradan qaldırılır
26 May 2025 17:16
Baxış sayı:74
Bu xəbər 05 İyun 2025 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















