Icma.az
close
up
RU
Lökbatanda leysan və selin fəsadları aradan qaldırılır Foto

Lökbatanda leysan və selin fəsadları aradan qaldırılır Foto

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

14-17 aprel tarixində ölkə ərazisində müşahidə olunan güclü yağıntılar nəticəsində Qaradağ rayonunun bir sıra ərazilərində, o cümlədən rayonun Lökbatan qəsəbəsində baş vermiş sel hadisəsi səbəbindən artan sel suları küçələri, yaşayış evlərini və zirzəmilərini, həyətyanı sahələri daş, çınqıl və lil ilə örtərək bir sıra ciddi fəsadların yaranmasına səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, Lökbatan Qaradağ rayonunun mərkəzi qəsəbəsi olmaqla, son illər qəsəbə ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılmaqla böyük tikinti layihələri, yol, sosial və çoxmənzilli yaşayış binaları inşa olunur.

Qəsəbə ərazisində 1960-70-ci illərdə qurulmuş su-kanalizasiya şəbəkəsinin istismar müddəti başa çatdığından sıradan çıxıb, eyni zamanda yağış-kanalizasiya xətlərinə təlabatdan artıq sel və tullantı suları daxil olduğundan həmin borular vasitəsilə suların kənarlaşdırılmasında ciddi problemlər yaranır.

Yaz və payızda Abşeron və Bakıya yağan intensiv leysan yağışları Lökbatan qəsəbəsində relyefin çökək hissəsində qrunt və yağış sularının, ümumilikdə atmosfer yağıntılarının toplanmasına səbəb olur. Əksər hallarda güclü yağış səbəbindən yaranan sel suları nəticəsində magistral yolların, sahibkarlıq subyektlərinin, fərdi yaşayış evlərinin güclü su basmasına səbəb olur. Bu istiqamətdə rayon icra hakimiyyəti və aidiyyəti qurumlar tərəfindən təxirəsalınmaz işlər görülür.

Məlum təbiət hadisəsi zamanı yaranan çətinliklərin aradan qaldırılması, zərər çəkmiş vətəndaşların yanında olmaq, onların problemini yerində və operativ şəkildə həll etmək rayon icra hakimiyyətinin fəaliyyətinin əsas istiqamətini təşkil edib. Belə ki, Qaradağ Rayon İcra Hakimiyyətinin və digər aidiyyəti dövlət qurumlarının əməkdaşları tərəfindən selin təsir etdiyi ərazilərdə gündəlik olaraq monitorinqlər aparılıb, mövcud problemlərin aradan qaldırılması üçün əraziyə maşın – mexanizmlər cəlb edilərək təmir-təmizləmə, torpaq düzləşdirmə işləri həyata keçirilib.

Güclü yağışlar nəticəsində Lökbatan qəsəbəsi 1-ci massivdəki gölün səviyyəsi 1,5-2 metrə qalxıb, ərazidə yerləşən fərdi yaşayış evləri gölün su səviyyəsindən aşağıda olduğundan həmin evlərin həyətyanı sahəsinə və zirzəmilərə su dolub. Subasma hallarının dərhal aradan qaldırılması, eyni zamanda Lökbatan-Puta qəsəbəsinin ərazisinə keçən hissəsinə axan sel sularının istiqamətinin dəyişdirilməsi məqsədilə yeni kanal çəkilib və suyun kənar istiqamətə-dənizə axıdılması üçün əlavə su ötürücü borular çəkilib.

Yaranmış vəziyyətin aradan qaldırılması üçün rayon icra hakimiyyətinin müraciətinə əsasən, Su Ehtiyatları Agentliyi tərəfindən əraziyə 4 xüsusi ağır texnika, Fövqəladə Hallar Nazirliyi tərəfindən 3 texnika və rayon icra hakimiyyəti tərəfindən isə 5 texnika və 20 su nasosu cəlb olunub. Hazırda kanalda təmizləmə işlərinin aparılması, eyni zamanda Lökbatanda gölün su basan hissəsində 1990-cı illərdə inşa edilmiş 31 həyətyanı sahədə və yaşayış evlərinin zirzəmisində sel sularının su nasosları ilə çəkilməsi işləri davam etdirilir. Qəsəbənin ziyan dəymiş küçələrinin bərpası, hərəkətin təmin edilməsi istiqamətində də işlər icra olunmaqdadır.

Bundan başqa, güclü yağıntı zamanı rayonun Qobustan qəsəbəsinin 6 və 7-ci massivində 13 fərdi yaşayış evində subasma halları müşahidə edilib. Bununla bağlı, ərazidə yağış sularının axıdılması üçün rayon icra hakimiyyətinin daxili imkanları hesabına 700 metr uzunluğunda 200 mm diametrli plastik boru xətti çəkilib.

Yaşayış evlərinin zirzəmisində yağış sularının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində davamlı və təxirəsalınmaz qablayıcı tədbirlər həyata keçirilib və bu işlər hazırda da davam etdirilməkdədir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Aprel 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri