Kəngərlidə avtomobil aşıb: ər arvad xəsarət aldı, körpələri həyatını itirdi
Icma.az, Azertag saytına istinadən bildirir.
Naxçıvan, 23 sentyabr, AZƏRTAC
Kəngərli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Xok kəndi ərazisində qeydə alınıb.
Belə ki, 77-KS-302 dövlət nömrə nişanlı "KİA" markalı avtomobilin aşması nəticəsində avtomobildə olan 1994-cü il təvəllüdlü Quliyev Məğrur Məşur oğlu və onun həyat yoldaşı, 2000-ci il təvəllüdlü Quliyeva Gülarə Elçin qızı xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Qəza nəticəsində onların övladı, 2026-cı il təvəllüdlü Qasımov Rəvan Məğrur oğlunun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Müxbir- Nail Əsgərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 23 Sentyabr 2026 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















