Keniyada yol qəzasında 17 nəfər ölüb
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir.
Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahil şəhəri Mombasaya yönələn yük maşınının sürücüsü avtomobil karvanını ötməyə cəhd edib, lakin digər yük maşınının arxa sağ hissəsinə toxunub. Zərbənin nəticəsində birinci yük maşınının sürücüsü idarəetməni itirib və Nayrobi istiqamətində hərəkət edən qarşıdan gələn iki nəqliyyat vasitəsinə çırpılıb.
Daha sonra o, içərisində 12 sərnişin olan mikroavtobusla toqquşub. Sürücü də daxil olmaqla bütün sərnişinlər həlak olub. Birinci yük maşınının sürücüsü də daxil olmaqla daha dörd nəfər yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.
Polis araşdırma aparır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 03 Oktyabr 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















