Icma.az
close
up
RU
“Kəpəz”, bu da sənə stadion!

“Kəpəz”, bu da sənə stadion!

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əslində Müstəqil Dövlətlər Birliyinin ölü qurum olduğu hər kəsə bəllidi. Çox güman, heç 4-cü MDB Oyunları olmayacaq. Birlik üzvü ölkələr arasında o qədər ziddiyyətlər, fikir ayrılıqları var ki, onlar indi bir-birinə zorla pərçimlənmiş kimi görünür. Bu necə birlikdi ki, Rusiya bütün sabiq qardaşlarına meydan oxuyur, ərazi bütövlüyü BMT səviyyəsində tanınan Ukraynanı işğal etmək üçün 2022-nin fevralından bəri müharibə aparır, kəndləri, qəsəbələri, şəhərləri yer üzündən silir. Belə məqamların sayı çoxdu, ancaq “Futbol+” idman nəşridi, “dərin sularda üzmək” istəmirəm. Başqa məqama toxunacam.

Bəlkə də MDB Oyunları ideyasından ən qazanclı çıxan şəhər ...Gəncədi. Niyə? Çox sadə səbəbdən: uzun illərdi stadion problemindən gileylənən, uğursuzluğu həm də bu amillə izah edən azarkeşlər, problemin yoluna qoyulması üçün əlini ağdan-qaraya vurmayan şəhər rəhbərliyi faktiki heç nədən çox gözəl bir idman qurğusu qazandı. Bildiyim-gördüyüm qədəri ilə 10 hektardan artıq ərazidə ən müasir standartlara cavab verən 15 min yerlik stadion tikilib. Sentyabrın 28-də MDB Oyunları başa çatacaq və stadion şəhərin, daha doğrusu, “Kəpəz”in ixtiyarına veriləcək. Bəs ondan sonra nə qalır? O məşhur filmdə deyildiyi kimi: OYNAMAQ!
Çox təəssüf ki, “Kəpəz” belə əlamətdar olayı heç də xoş əhval-ruhiyyədə qarşılamır. Son illərdə artıq neçənci dəfədi ki, Gəncə təmsilçisi xroniki xəstəlik yaşayır, həyatla ölüm arasında get-gəl edir. Hər dəfə hansısa xilaskar məşqçi səhnəyə çıxır, “Kəpəz”ə ruh, can verir, komanda birtəhər elitada yerini qoruyur. Ötən mövsüm gəncəlilərin qanının arasına “Səbail” girdi. Görəsən, bu mövsümün “Səbail”i kim olacaq – “Karvan-Yevlax”, yoxsa “Qəbələ”? Mayda bu suala daha rahat cavab verə biləcəyik.
Hələlik ortada olan mənzərə budu ki, “Kəpəz” növbəti dəfə əziyyət çəkir, canıyla əlləşir. Mövsümlərarası fasilə boşa verilib – istər seleksiya prosesi, istərsə də komanda quruculuğunun bütün başqa aspektləri baxımından. Erkin İbrahimovun vasitəçiliyi ilə gətirilən futbolçuların əksəri gedənlərdən güclü deyil. Mövsümə altı məğlubiyyətlə başlayan komandanın artıq baş məşqçisi də yoxdu. Gəncəli azarkeşlərin inanılmaz təzyiqinə düçar olacaq yeni məşqçi – Mister X “Kəpəz”i bu vəziyyətdən çıxarmaq missiyasını boynuna götürməlidi.
Bu gün klubun yeganə avantajı yeni stadiondu. “Kəpəz”i sərgərdan həyatdan qurtaracaq, ona yeni həyat verəcək stadion. Çox güman, gəncəli azarkeşlər komandanın doğma şəhərdə keçirəcəyi növbəti ev oyununu böyük səbirsizliklə gözləyir. Axı bütün son illər ərzində başqa komandaların və stadionların azarkeş rekordları ilə bağlı söz düşəndə gəncəlilər sosial şəbəkələrdə belə cavab verirdi: qoy bizim də stadionumuz olsun, onda baxarıq.
Nəhayət, həmin gün yetişdi. İndi Gəncənin ən yeni, çox gözəl stadionu var. Və bir də zəif, rəqabətədavamlı olmayan “Kəpəz”i. Həmin “Kəpəz” həmin stadiona azarkeşləri qaytarmalı, onlarla birgə ilk növbədə elitada qalmaq vəzifəsinin öhdəsindən gəlməlidi. Artıq hər kəs anlayır ki, müxtəlif bəhanələrə və mülahizələrə əsaslanıb, hansısa komandanı elitada saxlamaq dönəmi keçdi. AFFA rəhbərliyindən mədət ummağa, güzəşt gözləməyə dəyməz. “Kəpəz” olmur, lap “Neftçi” olsun, elitada oynamaq, qalmaq bacarığını yaşıl meydanda sübut etməlidi.
“Kəpəz” üçün stadionsuzluq dönəmi bitdi, özünüsübut dönəmi başladı. Mübarəkdi!
ORXAN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Oktyabr 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see494

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see381

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see331

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see304

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see273

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see270

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see267

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see248

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see221

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri