Əli Səmədovdan “Kəpəz” azarkeşlərinə çağırış: “İnanırıq ki, stadion dolacaq”
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
"Kəpəz" Gəncə stadionunda "Sabah"ı qəbul etmək üçün səbirsizlənir".
Bunu qərb təmsilçisinin kapitanı Əli Səmədov deyib.
Yarımmüdafiəçi Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünə ciddi hazırlaşdıqlarını bildirib.
"Gündə 2 dəfə olmaqla məşqlərimizi davam etdiririk. Bildiyiniz kimi, son yoxlama matçımızı da "Karvan-Yevlax"a qarşı keçirdik. Yorğun olmağımıza baxmayaraq yaxşı görüş oldu. Yeni və doğma stadionda ilk matça çıxmaq bizi çox həyəcanlandırdı. Azarkeşlərin dəstəyini həmin an hiss edə bildik. İnanırıq ki, yeni mövsümdə bütün oyunlarda stadion dolacaq və azarkeşlərlə əl-ələ verərək qələbələr qazanacağıq. Artıq "Sabah"la matçın hazırlıqlarına start vermişdik. Komandamız rəqibini Gəncə stadionunda qəbul etmək üçün səbirsizlənir", - o report.az-a açıqlamasında deyib.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 14-də start veriləcək. "Kəpəz" I turda "Sabah"la üz-üzə gələcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 08 Avqust 2026 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















