Kəpəz ə qol vurmaq özünəinam yaradıb Sabah ın futbolçusu
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Misli Premyer Liqasının 21-ci turu çərçivəsində "Sabah" doğma meydanda "Kəpəz"i qəbul edib. Matç "Sabah"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
QOL.az xəbər verir ki, "Sabah"ın minimal hesablı qələbəsinin memarı olan Kahim Parris matçdan sonra klubun mətbuat xidmətinə oyun barədə fikirlərini bölüşüb.
Artıq 4-cü dəfədir ki, Gəncə təmsilçisinin qapısına yol tapan yamaykalı vinger bunun artıq onda bir vərdiş halını aldığını və özünəinamın yüksək olduğunu vurğulayıb:
"Əslində, mən hər oyunda fərqlənmək istəyirəm. Amma "Kəpəz"ə qarşı bir neçə dəfə qol vurmağım məndə xüsusi bir özünəinam yaradıb. İnanıram ki, onlara qarşı keçirdiyimiz hər matçda qol vura bilərəm. Bugünkü qarşılaşma bizim üçün olduqca xüsusi və vacib idi. Çətin mübarizədə üç xal qazandığımız üçün Allaha şükür edirəm".
Xüsusilə həlledici matçlarda fərqlənməsindən xoşbəxt olduğunu bildirib:
"Belə vacib oyunlarda qol vurmaq çox gözəl hissdir. Daha əvvəl də qeyd etdiyim kimi, hər dəfə meydana çıxanda öz istedadımı nümayiş etdirmək üçün mənə verilən fürsətə və imkana görə minnətdaram".
Baxış sayı:179
Bu xəbər 22 Fevral 2026 20:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















