Icma.az
close
up
RU
Kəpəz in azarkeşi həbs olundu Bəyanat

Kəpəz in azarkeşi həbs olundu Bəyanat

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

Misli Premyer Liqasının V turu çərçivəsində sentyabrın 12-də Gəncə Şəhər Stadionunda keçirilən "Kəpəz" – "Qəbələ" oyununun gedişində qadağan olunmuş pirotexniki vasitələrdən istifadə edən azarkeş inzibati məsuliyyətə cəlb olunub. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qarşılaşmanın 64-cü dəqiqəsində stadionun V3 tribunasında məşəl yandıran tamaşaçı polis əməkdaşları tərəfindən saxlanılanaraq, bölməyə aparılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun pul cəriməsi kəsilib, belə halın bir daha yaşanacağı halda 15 günədək inzibati həbs cəzasının tətbiq olunacağı bildirilib.

"Kəpəz" olaraq, etik normaları nəzərə alaraq, ölkə qanunvericiliyini, həmçinin Peşəkar Futbol Liqasının stadionlarda tətbiq etdiyi davranış qaydalarını kobud şəkildə pozan həmin şəxsin ad və soyadını, foto və videogörüntülərini yayımlamırıq. Bununla belə, bütün futbol həvəskarlarına xatırladırıq ki, Azərbaycan qanunvericiliyinə görə, pirotexniki vasitələrin satışı, əldə olunması və istifadəsi qadağandır. Pirotexniki vasitələr düzgün istifadə olunmadıqda insanın əlində partlaya və müxtəlif xəsarətlər törədə bilər. Bundan başqa kütləvi tədbirlərdə bu cür vasitələrin istifadəsi digər şəxslərin həyat və sağlamlığını təhlükəyə atmış olur.

"Kəpəz" Gəncə Şəhər Stadionunda azarkeşlərin oyunları rahat izləməsi, xoş istirahət etməsi üçün qarşıdakı turlarda da bütün səylərini əsirgəməyəcək. Stadionun ərazisində, o cümlədən tribunalarda qaydalara zidd hallar qeydə alınarsa, ictimai asayişi pozan şəxs və ya şəxslər barədə dərhal lazımi tədbirlər görüləcək.

Qeyd edək ki, azarkeşlərin pirotexniki vasitələrdən istifadəsinə görə AFFA-nın İntizam Komitəsi "Kəpəz" klubunu son iki həftədə iki dəfə cərimələyib. "Sarı-göylər" "Turan Tovuz"la oyundan sonra 3000, "Qəbələ" ilə matçdan sonra isə 5000 manat cərimələnib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://sport24.az
archiveBu xəbər 16 Sentyabr 2026 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see382

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see335

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see328

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see328

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see326

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see307

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see304

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see282

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see270

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see262

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see260

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see255

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see253

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see249

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see236

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see216

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see212

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see203

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri