Icma.az
close
up
RU
Kəpəz in həyat devizi

Kəpəz in həyat devizi

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Azər Məmmədov "Kəpəz”in baş məşqçisi təyin olunub. Bununla da Azər bəy 2003-cü ilin noyabrında tərk etdiyi posta yenidən qayıdıb. Bu qayıdışla bağlı sosial şəbəkələrdə əməlli-başlı zarafatlar yazılır, hərə bacardığı formada yumor hissini ortaya qoyur. Mənim rastıma çıxanlardan ən maraqlılarımdan birinin müəllifi fotoqraf Bəkir Osmanlı olub. Dostumuz öz şəhrində belə yazır: "Kəpəz” stadionuna "futbolumuzun Məkkəsi” deyirlər. Ona görə də "Kəpəz”in başında yeddi dəfə dövrə vurmaq savab sayılır”.

Sözsüz ki, "Kəpəz”ə rəhbərlik edənlər də, Azər Məmmədovun özü də bu təyinatın cəmiyyətdə hansı reaksiyanı doğuracağını bilirdilər. Özü də sosial şəbəkələrin inkişaf etdiyi, hamının bu şəbəkələrə çıxışının olduğu bir dövrdə. Bir vaxtlar Bəhmən Həsənov "Rəvan”dan qovulan məşqçilərin yerinə təyinat almasıyla adını dillər əzbəri etmişdi. Həsənov onu ələ salanlara belə cavab verirdi ki, "Rəvan” mənim doğma evim kimidir, mən də klubun işçisiyəm, öz köməyimi əsirgəmirəm". 

İndi Bəhmən Həsənov yalan olub, yerdə qalanlar gerçək. Xüsusən də "Kəpəz” bu məsələdə hamını qabaqlayır. Ordan bir dəfə ayrılan məşqçi mütləq geri qayıdır. Və... sonra yenidən yola salınır.

Bəhmən Həsənovun məntiqi ilə yanaşsaq, "Kəpəz” də bu qəbildən olan məşqçilər üçün doğmalaşıb. Onlar öz aralarında püşk atıb, "Kəpəz”in baş məşqçisi postunda növbələşirlər. Biri gedir, biri gəlir "Kəpəz”də. Bəli, bu ssenarinin çox vacib bir parçası da var, onu unutmayaq. Söhbət Xaliq Mərdənovdan gedir. "Kəpəz”də baş məşqçilər yola salınanda ortada yaranan boşluq zamanı Xaliq Mərdanov yada düşür. Onu müvəqqəti "Kəpəz"ə baş məşqçi təyin edirlər, bir neçə oyunu Xaliq bəy yola verir. Sonra da növbədə dayanan mütəxəssislərdən biri baş məşqçi postuna gətirilir.

Bu dəfə Azər Məmmədovun baş məşqçi təyinatı xeyli maraqlı prosedurlardan keçdi. Ötən mövsümün gedişində "Kəpəz”ə baş məşqçi təyin edilən Azər Bağırov mövsüm bitən kimi postundan ayrıldı. Yeri gəlmişkən, Azər Bağırov da "Kəpəz”ə qısa müddət ərzində ikinci dəfə gəlmişdi və gedişi də elə birinci dəfə olduğu kimi xeyli maraqlı alındı. Elə Azər Bağırovdan əvvəl "Kəpəz”i çalışdıran Adil Şükürov da bu posta iki dəfə təyinat alıb və hər iki halda postundan uğursuz nəticələrə görə ayrılıb. Göründüyü kimi, ənənələri hamı davam etdirir və azı ikinci dəfə "Kəpəz”ə qayıdır. 

Qayıdaq Azər Məmmədovun bu dəfəki təyinatından əvvəl baş verənlərə. "Kəpəz”in yeni baş məşqçisinin serbiyalı olacağı deyilirdi. Sonra Arif Əsədovun adı gündəmə gətirildi. Arif bəydən sonra Mahmud Qurbanovun baş məşqçi təyin ediləcəyini eşitdik. Sonda "Kəpəz”in başbilənləri sağı göstərib, solu vuran kimi davrandılar və baş məşqçi postuna Azər Məmmədov gətirildi. Az əvvəl vurğuladığımız kimi, bu Məmmədovun ikinci qayıdışı idi.

Rəhbərlik dəyişsə də, "Kəpəz”in həyat devizi dəyişmir. Onlar "dəyişək, inkişaf edək” devizinin əksinə hərəkət edir. "Kəpəz” özünəməxsus devizi bu formadadır: "Biz dəyişmirik, inkişaf da etmirik”. Ümid edirəm ki, bu devizlə "Kəpəz” gələn mövsüm I Liqanın yolunu tutmaz.

Amal Abuşov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 İyun 2026 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri