Icma.az
close
up
RU
Kəpəz in İdarə Heyətinin yeni sədri: Ciddi işlər görməyi planlaşdırırıq MÜSAHİBƏ

Kəpəz in İdarə Heyətinin yeni sədri: Ciddi işlər görməyi planlaşdırırıq MÜSAHİBƏ

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

"Kəpəz" Futbol Klubunun İdarə Heyətinə yeni sədr seçilən Namiq Qədirovun "Report"a müsahibəsi

- "Kəpəz" futbol klubunun İdarə Heyətinə sədri seçildiniz. Təəssüratlarınız necədir?

- Təəssüratlarım çox gözəldir. Çox böyük məsuliyyət hiss edirəm. Mən özüm Gəncədə doğulub böyümüşəm. Gəncliyimdə burada oyunlara çox getmişəm. Bu şəhərə bağlı adamam. İndi də Gəncə təmsilçisinin əvvəlki vaxtlarına qayıtması üçün əlimdən gələni edəcəyəm. Çalışacağam ki, etimadı doğruldum.

- Gəncə təmsilçisinin məşqçilər korpusu və oyunçuları ilə görüşdünüz. Bu görüş barədə nə deyə bilərsiniz?

- Görüş çox yaxşı keçdi. Bir sıra mövzulara toxunduq. Komandanın gələcəyinin, inkişafının yollarını müzakirə etdik.

- Klubda kadr islahatları gözlənilirmi?

- İndidən bunu açıqlamaq tezdir. Biz bir neçə gündür ki, klubla tanış olmuşuq. İdarə Heyətimiz var. Bundan başqa, idarəçilik üzrə məsələlər Fərman Əlizadəyə, idman üzrə işlər isə Erkin İbrahimova tapşırılıb. Bütün bunları bir yerdə müzakirə edib, qərarlar qəbul edirik. Əlbbətə ki, bundan sonra bir sıra kadr islahatları olacaq. Bu məsələ üzərində işləyirik.

- "Kəpəz"in uzun və qısa müddətli hədəfləri nə olacaq?

- Hədəf birdir. Komandanı daha yüksək səviyyəyə qaldırmaq. İndidən vədlər vermək istəmirik. Çalışacağıq ki, keyfiyyətli futbolçular cəlb edək, komanda quraq. Uşaq futboluna fikir veriləcək və ciddi işlər görməyi planlaşdırırıq.

- Komanda bu mövsüm elitada qalmaq uğrunda mübarizə apardı. Sizcə, növbəti mövsüm avrokuboklara iddia etmək tezdir?

- Ani nəticə üçün tələsik addımlar atmaqdansa, tədricən inkişaf yolunu seçirik. Gəncə azarkeşləri çox tələbkardır, onları tam anlayırıq. Bu gün ilk öncə klub kimi inkişaf etmək, daha da böyümək istəyirik. Təbii ki, əsas komandanın nəticələri böyük önəm kəsb edir. Gələcək mövsüm üçün daha rəğabətli bir kollektiv formalaşdırılacaq. Eyni zamanda, cari mövsüm “Kəpəz”in Premyer Liqada qalmasında rolu olan bir çox futbolçu ilə davam edəcəyik. Avrokuboklardan danışmaq tezdir. Dəqiq deyə bilərəm ki, əvvəlki mövsümlərdə olduğu kimi, “Kəpəz” Premyer Liqada qalmağı hədəf kimi qarşısına qoymayacaq. Komandanın qarşısında qoyulan konkret vəzifə cari mövsüm başa çatandan sonra açıqlanacaq.

- Mətbuatda "Kəpəz"in rumıniyalı mütəxəssis Mirça Redniklə anlaşdığı yönündə xəbərlər dolaşır. Bu məsələyə birdəfəlik nöqtə qoya bilərsiniz?

- Tam məsuliyyətlə deyə bilərəm ki, bizim onunla heç bir əlaqəmiz olmayıb, heç bir danışıq da aparılmayıb. Bu, sadəcə, şayiədir.

- "Kəpəz" növbəti mövsümdə də Azər Bağırovla yola davam etmək istəyirmi?

- Biz, ümümiyyətlə, nəinki yerli futbolçuların, məşqçilərimizin də inkişafına dəstək vermək istəyirik. Azər Bağırova dəfələrlə dəstəyimizi bildirmişik. Mövsümün sonunda baş məşqçi ilə görüş keçiriləcək. Bizim fikrimizi soruşursuzsa, əməkdaşlığımızı davam etdirmək niyyətindəyik.

- Gəncə şəhər stadionu hazır olanadək komanda ev oyunlarını Tovuzda keçirir. Arenanın avqustun sonunda təhvil veriləcəyi gözlənilir. "Kəpəz" növsümün əvvəlində də Tovuzda oynayacaq?

- Çox güman ki, bəli. Bilirsiz ki, III MDB Oyunlarının açılış və bağlanış mərasimi yeni tikilən stadionda baş tutacaq. Hər şey ot örtüyünün vəziyyətindən asılı olacaq. Texniki səbəblərdən ot örtüyünün oyunlara hazır olması gecikə bilər. Ona görə də hər şey bu məsələlərə bağlıdır. Yeni stadion tam hazır olandan sonra matçlarımızı burada keçirəcəyik. Bundan başqa, Gənclər və İdman Nazirilyi ilə danışıqlar aparacağıq. Hansısa formada icarə məsələləri həll olunacaq. Biz də istəyirik ki, doğma meydanda, azarkeşlərimizin önündə oynayaq. Bizim onlara, onların dəstəyinə ehtiyacımız var. Gəncədə azarkeşlər həmişə futbolu seviblər. Ümumiyyətlə, Azərbaycan çempionatlarında ən çox azarkeş Gəncə stadionuna gəlib. Bu bizim üçün böyük faktordur. Ona görə də istəyirik ki, oyunlarımızı Gəncədə keçirək.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 14 May 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see248

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see153

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see149

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see148

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see146

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see136

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see134

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri