Icma.az
close
up
RU
Kəpəz in İdarə Heyətinin sədri: Derbidə 5 qol vurmaq gözəl nəticədir MÜSAHİBƏ

Kəpəz in İdarə Heyətinin sədri: Derbidə 5 qol vurmaq gözəl nəticədir MÜSAHİBƏ

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

Dünən keçirilən "Kəpəz" - Turan Tovuz" matçından sonra Gəncə klubunun İdarə Heyətinin sədri İlqar Nadiri Sport24.az-a müsahibə verib.

- Öncə matçla bağlı fikirlərinizi bölüşərdiz...

- Qərb derbisi hər zaman gərgin keçir. Məncə, bu gün də meydanda maraqlı oyuna şahidlik etdik. Qalib gələn tərəf biz olduq. Bizim üçün vacib qələbədir. Amma bununla hər şey həll olundu, deyə bilmərik. Bundan sonra da bütün oyunları intizamlı oynayıb xallarımızı qazanmağa çalışacağıq. Qarşıdakı günlər komandaya daha 1 oyunçu da qoşulacaq.  Heyəti daha da gücləndirib məqsədimizə çatmaq istəyirik. Bilirsiniz ki, Gəncədə möhtəşəm arena inşa olunur. Neçə ildi doğma azarkeşlərimiz kənar meydanlarda bizi dəstəkləyir. İstəyirik ki, bu sevinci doğma arenada onlara yaşadaq.

- Bu gün belə parlaq qələbədə hansı amil xüsusi rol oynadı?

- Düşünürəm ki, futbolçuların döyüşkənliyi rol oynadı. Hər biri əziyyət çəkdi. Erkən qol buraxdıq, amma ruhdan düşmədilər. Sona kimi mübarizə apardılar və lazım olan 3 xalı qazandıq.

- "Yeni sponsor gəlir" xəbərinin nəticəyə təsiri oldumu?

- Bununla bağlı hələ nəsə deyə bilmərik.

- Oyundan öncə desəydilər ki, "Kəpəz" 5 qol vuracaq buna inanardız?

- İnanmazdıq. Çünki mövsümün birinci yarısında cəmi 12 qol vurmuşuq. Derbidə 5 qol vurmaq gözəl nəticədir.

- Paltardəyişmə otağında böyük sevinclə qarşılandınız. Bu, qələbə sevinci idi, yoxsa mükafatın?

- Mükafatın sevinci idi (gülür)

- Növbəti oyun əsas rəqibiniz olan "Səbail"lədir...

- Əsas rəqib deməzdim. Sadəcə, turnir cədvəlində bir-birimizə yaxınıq. Vəziyyət hər an dəyişə bilər. Bütün rəqiblər bizim üçün vacibdir. Məsələn, bu gün "Turan Tovuz" əsas rəqib olmasaydı, belə mübarizə aparıb qalib olmazdıq. İstənilən rəqibə qarşı mübarizə aparıb xallar qazanmalıyıq.

- "Sabah"ın bir neçə üzvü ilə danışıq aparırdınız. Sonda anlaşmağa nə mane oldu?

- Futbolda belə hallar olur. Bəzən futbolçu, bəzən klubla razılıq əldə etmək olmur.

- Bu dəfə hansı tərflə razılaşa bilmədiniz?

- Klublar tərəfindən heç bir problem olmadı. Sadəcə, futbolçularla müəyyən detallarda razılaşa bilmədik.

- Danışıqlar tam qapanıb?

- Futbolçu xətrinə transfer etmək istəmirik. Gərək gələcək oyunçu bizə kömək etsin. Alına da bilər, alınmaya da.

- İcraiyyə Komitəsinin əvvəlki iclaslarında klublara ayrılan dotasiyanın meyarlar üzrə bölgüsü ilə bağlı müzakirələr yarımçıq qalmışdı. Bununla bağlı sizin hər hansı təklifiniz olub?

- Məncə, məsələlər yekunlaşıb. Kluba lazım olan məlumatlar verilib. Biz də buna əsasən büdcəni formalaşdırıb, ona uyğun işimizi davam etdiririk.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://sport24.az
archiveBu xəbər 20 Yanvar 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri