Icma.az
close
up
RU
“Kəpəz” “Sabah” üçün rəqib deyil

“Kəpəz” “Sabah” üçün rəqib deyil

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kəpəz (Gəncə) – Sabah (Bakı) 1:3 (1:2)
1. Kasper Rosa – 5,0
27. Məqsəd İsayev – 5,0
(55. Kresus Donqo, 68) – 5,0
6. Pedro Qomeş – 5,0
38. Cefferson Bentu – 5,0
5. Rauf Hüseynli – 5,0
24. Olavale Onanuqa – 6,0
12. Mahamadu Ba (k) – 4,5
(88. Şakir Seyidov, 45+1) – 4,5
77. Fərid Nəbiyev – 5,5
10. Rinosuke Ohori – 5,0
(21. Sadiq Şəfiyev, 78) – qiymətsiz
7. Ehtiram Şahverdiyev – 5,0
(17. Ümid Səmədov, 68) – 5,0
9. Luis Paçu – 5,0
(53. Şahmar Aşurov, 78) – qiymətsiz
Ehtiyat oyunçular
81. Elgün Bayramov
99. Əli Səmədov
15. Raul Məmmədov
20. Elcan Əbilov
23. Fərid Kələntərov
66. Arzu Atakişiyev
Baş məşqçi: Azər Bağırov
Komandanın ən yaxşısı: Olavale Onanuqa
92. Stas Pokatilov – 6,0
27. Timoteuş Puxaç – 6,5
40. İqor Noqeyra – 6,5
3. Stiv Solvet – 6,5
2. Amin Seydiyev (k) – 5.5
33. Umarali Raxmonaliyev – 5.5
13. İvan Lepinitsa – 6.5
70. Cesse Sekidika – 5,5
(46. Aleksey İsayev, 46) – 5,5
21. Velko Simiç – 6,5
(8. Ayaz Quliyev, 78) – qiymətsiz
19. Aron Maluda – 5,0
(11. Kahim Parris, 46) – 5,0
(88. Xəyal Əliyev, 83) – qiymətsiz
20. Coy-Lens Mikels – 7,0
(10. Anatoli Nuriyev, 72) – 5,0
Ehtiyat oyunçular
55. Nicat Mehbalıyev
12. Rauf Əyyubov
17. Tellur Mütəllimov
5. Rəhman Daşdəmirov
6. Abdulax Xaybulayev
53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas
Komandanın ən yaxşısı: Coy-Lens Mikels
Qollar: V.Simiç, 22 (0:1, C-L.Mikels). C-L.Mikels, 28 (0:2, İ.Lepinitsa). O.Onanuqa, 45+5 (1:2). İ.Noqeyra, 54 (1:3, T.Puxaç).
Vərəqələr: C-L.Mikels, 29 (qeyri-idman hərəkəti). V.Simiç, 44 (qeyri-idman hərəkəti). R.Ohori, 63 (qeyri-idman hərəkəti). O.Onanuqa, 82 (qeyri-idman hərəkəti). K.Parris, 83 (qeyri-idman hərəkəti). Ş.Seyidov, 88 (qeyri-idman hərəkəti). S.Şəfiyev, 90+2 (qeyri-idman hərəkəti). Ş.Aşurov, 90+4 (qeyri-idman hərəkəti). T.Puxaç, 90+4 (qeyri-idman hərəkəti) –sarı.
Hakimlər: TURAL QURBANOV, Asiman Əzizli, Rahil Ramazanov, İslam Məmmədov (hamısı Bakı).
VAR hakimi: Kamal Umudlu (Bakı).
VAR hakiminin köməkçisi: Müslüm Əliyev (Bakı).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Elçin Məmmədov (Bakı).
9 noyabr. Qəbələ. Şəhər stadionu. 250 tamaşaçı (4500 yerlik).
Hər hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.
İlk 10 turdan sonra cəmi bir qələbəsi olan “Kəpəz” sonuncu pillədə qərarlaşdığından ən azı heç-heçə üçün mübarizə aparmalıydı.

Bəlkə belədə komandanın üzərindəki təzyiq müəyyən qədər yüngülləşə, yığma fasiləsinə ümidlə yollanmaq mümkün ola bilərdi. Ancaq rəqibin – son 7 matçda uduzmayan “Sabah”ın ölkəmizi Avropada təmsil etmək arzusu, bu səbəbdən ilk “dördlük”də qərarlaşmağın zəruriliyi kimi amillər “sarı-göylər” üçün ciddi çətinliklər yaratdı. Özü də ilk dəqiqələrdən. Axı qonaqlar hələ 8-ci dəqiqədə hesabı açmağa yaxın idi. Sadəcə, cərimə meydançasının həndəvərindən endirdiyi zərbə sayəsində fərqlənmək istəyən Mikels qeyri-dəqiq oldu.
Bir qədər sonra bəxtini sınayan Ba da eyni aqibətlə üzləşdi: onun qüvvətli zərbəsindən sonra top qapıdan aralı keçdi. Ardından hadisələrin axarına yön verməkdə çətinlik çəkməyən, hücumları sıralayan “Sabah”ın “Kəpəz”ə yaşatdığı növbəti təhlükələrə şahidlik etdik. Düzdü, “bayquşlar”ın 21-ci dəqiqədə qurduğu hücuma görə Onanuqanı qınamaq yerinə düşər. Çünki Puxaç topu məhz ondan alandan sonra Mikelsə çatdırdı. “Sarı-göylər”in bəxti onda gətirdi ki, Sekidika Coy-Lensin ötürdüyü topa vaxtında çata bilmədi. Nəticədə mövqeyini tərk edən Rosa təhlükəni sovuşdurdu. O başqa məsələ ki, polşalı qapıçı da 22-ci dəqiqədə etibarlı oynamadı. Maludanın qapıya paralel ötürməsini uzaqlaşdırmağa çalışan qolkiper topun Mikelsin önünə düşməsinə səbəbkar oldu, almaniyalının qısa ötürməsini maksimum dəyərləndirən Simiç hesabı açdı.
Masazır təmsilçisi tezliklə növbəti qolu da vurdu. 28-ci dəqiqədə Mikels gəncəliləri məyus etdi: Lepinitsanın qapıönünə ötürməsini qəbul edən hücumçu baş zərbəsiylə fərqi artırdı. Bundan sonra komandaların “qınına çəkildiyi” anlara şahidlik etdik. Bu baxımdan tarazlığı pozan tərəf “Kəpəz” oldu. Nəhayət, 38-ci dəqiqədə ilk təhlükəli hücumunu quran gəncəlilər Ohorinin qeyri-dəqiqliyi üzündən fürsəti əldən verdi. Hər halda, “bayquşlar” müdafiə olunmağın əvəzini ödədi. Onanuqa Fəridin künc zərbəsindən cərimə meydançasına göndərdiyi topun bir neçə saniyə davam edən hava mübarizəsindən sonra Solvetə toxunub önünə düşməsindən yararlandı. 45+5-ci dəqiqədə fərqlənən nigeriyalı gəncəlilərin fasiləyə xal ümidiylə yollanması üçün zəmin yaratdı.
İkinci yarıda “Kəpəz”in daha inamlı və istəkli oyununa şahidlik edəcəyimizi proqnozlaşdırırdıq. Əslində “sarı-göylər” paltardəyişə otağından qayıtdıqdan sonra bu baxımdan azarkeşlərinə ümid verdi. 46-cı dəqiqədə Pokatilov Fəridin cərimə meydançasının həndəvərindən endirdiyi zərbəni zərərsizləşdirməli oldu. İş ondadı ki, “Sabah” nominal meydan sahiblərinin ürəklənməsinə imkan vermədi. 54-cü dəqiqədə Noqeyra Puxaçın küncdən cərimə meydançasına göndərdiyi topu başla tora qovuşdurdu. Səfərdə 3:1 hesabıyla öndə olan qonaqlar daha bir neçə hücumla yadda qaldı. Rosa 59-cu dəqiqədə Simiçin, ardından Lepinitsanın zərbəsini dəf etməyə məcbur oldu. Qolkiper 89-cu dəqiqədə Anatoliylə mübarizədən də qalib ayrıldı. Ancaq onun narahatlığı əbəs idi. Çünki “Sabah”ın futbolçusu həmin epizodda oyundankənar vəziyyətdəydi.
Bununla belə, “sarı-göylər”in iddialı rəqibiylə mübarizədə yetərincə zəif oyun sərgilədiyini vurğulamalıyıq. Görünür, bu dəfə “Kəpəz”in dərmanı Azər Bağırovda da deyil. “Bayquşlar”ı isə dayandırmaq olmur. Bəlkə də Dambrauskas “Qarabağ” üçün “dişli” rəqib yetişdirir…
Gözdən qaçmadı
“Soldati di Sabah” və “Xəmsə” fanklıubları tribunada yer almışdı. Hər iki komandanın azarkeşləri barmaqla sayılacaq qədər idi. Onlar oyun ərzində xüsusi dəstək şüarlarıyla diqqəti çəkmədi. Fəal olun, gənclər!
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Noyabr 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see303

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see288

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see265

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see261

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see256

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see249

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see247

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see245

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see229

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see222

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see213

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see212

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see209

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see208

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see207

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see206

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see204

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see188

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see173

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri