“Kəpəz”də Verdaska müəmmаsı: Futbolçudan mesaj, klubdan sükut
Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
"Kəpəz"in kapitanı Dioqo Verdaska komanda ilə məşqlərə başlayıb. Sport24.az xəbər verir ki, 29 yaşlı mərkəz müdafiəçisi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Portuqaliyalı futbolçu paylaşımında "Əvvəlkindən daha güclü, sevdiyim işə qayıtdım. İş davam edir" sözlərini yazıb.
Maraqlıdır, bəs "Kəpəz" niyə bu barədə susur?
Gəncə təmsilçisi ötən gün rəsmi sosial şəbəkə hesabında IX turda "Şəfa" ilə keçiriləcək səfər matçının hazırlıqlarına start verildiyini açıqlayıb. Klub eyni paylaşımda yüngül ağrıları olan Namik Ələskərovun məşqləri fitnes zalında davam etdirdiyini də qeyd edib.
Amma komandanın kapitanı və futbolçusu Dioqo Verdaskanın məşqlərə qayıtması barədə bir cümlə belə yoxdur.
Bəs Verdaska "Kəpəz"in futbolçusu deyil?
Sual yaranır: Klub üçün futbolçunun məşqlərə qayıtması niyə ictimaiyyətə açıqlanacaq məlumat hesab olunmur? Xüsusilə də söhbət komandanın kapitanından gedirsə...
Sentyabr ayında Verdaskanın zədələnmədiyini, məşqçilər heyətinin qərarı ilə komandadan kənarlaşdırıldığını yazmışdıq. "Kəpəz" isə bu məlumatdan sonra futbolçunun tibbi müayinəsinin nəticələrini açıqlamışdı.
İndi isə həmin futbolçu komanda ilə məşqlərə qayıdıb. Bu barədə məlumatı klubdan yox, futbolçunun öz paylaşımından öyrənirik. "Kəpəz"in kommunikasiya siyasəti ilə bağlı suallar isə açıq qalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 22 Oktyabr 2026 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















