“Kəpəz”in 10 illik həsrəti
Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Misli Premyer Liqasının lideri “Neftçi” XI turda “Kəpəz”i qəbul edəcək.
“Ağ-qaralar” turnir cədvəlində 21 xalla birinci sıradadır. Gəncəlilərin isə aktivində 17 xal var və 6-cı pillədə qərarlaşıblar.
Son illərin ən yaxşı startını edən “Kəpəz” çempionatda 6 oyundur məğlubiyyət üzü görmür. Komanda bu matçlarda 3 qələbə qazanıb, 3 heç-heçə edib.
“Neftçi” isə “Sabah” və “Qarabağ”la oyunlarda bərabərliklə xallarını artırdı, ötən turda isə çətin Şamaxı səfərindən qələbə ilə döndü.
İki komanda da uğurlu seriya cızıb.
Tərəflərin son beş oyununda “Neftçi”nin üstünlüyü var. “Ağ-qaralar” 3 qələbə qazanıb, 1 dəfə uduzub, 1 dəfə heç-heçə edib. “Kəpəz” sonuncu dəfə 2025-ci ilin martında bakılılara qalib gəlməyi bacarıb – 1:0.
Gəncə klubu uzun müddətdir “Neftçi”nin meydanında qələbə qazana bilmir. Komanda 2016-cı ildə Bakıda rəqibini üstələyib – 3:2. Həmin vaxtdan sonra isə səfər görüşündə üç xal qazanmaq mümkün olmayıb.
“Kəpəz” bu gün 10 illik uğursuz seriyanı sonlandırmaq arzusundadır. Lakin “Neftçi” hazırda əla forma yığıb və onları büdrətmək asan olmayacaq.
“Neftçi” – “Kəpəz” oyununa saat 20:00-da start veriləcək.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 06 Noyabr 2026 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















