Kəpəzin iki futbolçusu əməliyyat olunacaq
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Kəpəz"in yarımmüdafiəçisi Elmir Tağıyev və müdafiəçisi İlkin Qırtımov əməliyyatı olunacaq.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Əzələ qopmasından əziyyət çəkən Elmir Tağıyev Türkiyənin İstanbul şəhərində əməliyyat ediləcək. İlkin Qırtımovun əməliyyatı isə Bakıda olacaq. Ona diz oynağının medial meniskin yırtığı diaqnozu qoyulub.
Qeyd edilib ki, hər iki oyunçunun bərpa müddəti 3 həftə çəkəcək.

Kəpəzin iki futbolçusu əməliyyat olunacaq
20 Noyabr 2024 11:20

