Kəpəzin iki futbolçusu əməliyyat olunacaq
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Kəpəz"in futbolçuları Elmir Tağıyevlə İlkin Qırtımov əməliyyat olunacaq. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Əzələ qopmasından əziyyət çəkən Tağıyev İstanbulda, Qırtımov isə Bakıda əməliyyat ediləcək. İkinciyə diz oynağının medial meniskin yırtığı diaqnozu qoyulub.
Hər iki oyunçunun bərpa müddəti 3 həftə çəkəcək.

Kəpəzin iki futbolçusu əməliyyat olunacaq
20 Noyabr 2024 11:18

