Kərə yağı istehsalı azalıb, duru bitki yağı istehsalı artıb Siyahı
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 min 45 ton kərə yağı istehsal edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% azdır.
Qeyd edək ki, eyni dövrdə bitki yağlarının istehsalı isə 31,8% artaraq 38 min 76,1 tona çatıb.
Meyvə və tərəvəz şirələrinin istehsalı 5,2% azalaraq 3 milyon 15,8 min dekalitrə, meyvə-tərəvəz konservlərinin istehsalı 3,7% azalaraq 124 min 202,2 tona düşüb.
Bunlardan başqa pendir və kəsmik istehsalı 3,5% azalaraq 38 min 478,6 ton, marqarin istehsalı 8,5% azalaraq 32 min 859 ton, qida duzunun istehsalı isə 16,9% azalaraq 50,8 min ton olub.
Hesabat dövründə çay istehsalı 5,2% azalaraq 8 min 378,5 tona, qaymaq və xama istehsalı 0,5% azalaraq 7 min 576,7 tona düşüb.
Eyni zamanda makaron məmulatlarının istehsalı 0,7% artaraq 12 min 260,4 ton, unlu qənnadı məmulatlarının istehsalı 3,5% artaraq 56 min 49 ton, şəkərli qənnadı məmulatlarının istehsalı isə 4,5% artaraq 7 min 83,3 ton təşkil edib. Şəkər və qənd istehsalı 24,1% artaraq 361,3 min ton, kolbasa məmulatlarının istehsalı isə 9,1% artaraq 25 min 216,5 ton olub.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Azərbaycanda duru yağ istehsalı artıb, kərə yağı istehsalı isə azalıb
17 Aprel 2026 12:32
Azərbaycanda duru bitki yağı istehsalı azalıb, marqarin istehsalı isə artıb
13 Sentyabr 2025 17:41
Azərbaycanda kərə yağı istehsalı 8% azalıb
29 Yanvar 2026 17:23
Ölkədə kərə yağı istehsalı 10% azalıb
23 Mart 2026 12:26
Ölkədə kərə yağı istehsalı kəskin azalıb
20 Oktyabr 2025 13:40
Baxış sayı:120
Bu xəbər 20 Oktyabr 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















