Icma.az
close
up
RU
Kərəmli: “Premyer Liqada işləməyə layiqəm” (MÜSAHİBƏ)

Kərəmli: “Premyer Liqada işləməyə layiqəm” (MÜSAHİBƏ)

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Şəfa”nı elitaya çıxaran Elgiz Kərəmli klubla vidalaşıb. Bakı təmsilçisi Premyer Liqada daha təcrübəli məşqçi ilə çalışmaq istədiyi üçün mütəxəssislə yollarını ayırıb.

Kərəmli ilə mövzu və digər məsələlər haqda danışdıq:

– Bir müddətdir, “Şəfa”dan ayrılmışınız. Soyuq başla gedişinizi şərh edərdiniz.
– Komandaya gələndə rəhbərliklə görüşdüm və uzunmüddətli layihələrinin olduqlarını bildirdilər. Mənə də maraqlı gəlmişdi və hədəflərimiz üst-üstə düşürdü. Məqsəd Premyer Liqaya qalxmaq idi. Məncə, işimin öhdəsindən layiqincə gəldim. Sonra isə yollarımız ayrıldı.

– Haqsızlıq olduğunu düşünmürsünüz?
– Mənimlə yolları ayırmaq istədiklərini mətbuatdan öyrəndib. Artıq nəsə deməyə ehtiyac yoxdur, yenidən hədəflərimə çatmaq üçün çalışacam.

– Səbəb təcrübəsizliyiniz göstərilir. Sizcə, məhz bu praktikanı “Şəfa”da keçməli deyildiniz?
– Komandanın buralara gəlməsində hər kəsin əməyi olub. Baş məşqçi kimi mənim də rolum böyük idi və düşünürəm ki, Premyer Liqada işləməyə layiqəm. Amma qərar fərqli oldu. Futbolda belə hallar qaçılmazdır. Karyeram sonlanmır, əksinə, daha güclü olmağa çalışacağam.

– Klubun vitse-prezidenti Əfran İsmayılov açıqlamasında bildirib ki, sizə “Atalanta” klubunda təcrübə keçməyi təklif ediblər, ancaq “yox” demisiniz…
– İkinci Liqada olan vaxt dedilər ki, səni xarici klublara göndərmək istəyirik. Yəqin, Əfran bəy bunu nəzərdə tutub. Son olaraq mənə köməkçi məşqçi kimi davam etməyimi təklif ediblər, razılaşmamışam.

– Yəni, təklif daha əvvəl olub?
– Əsas təklif köməkçi kimi qalmağım idi. Xarici klubda praktika keçmək məsələsi əvvəldən var idi, yenidən təkrarlandı. Belə deyim, köməkçi kimi qalmaq istəmədiyim halda, nə üçün məni hansısa xarici kluba praktika göndərsinlər?

– “Şəfa”da yaşadığınız xəyal qırıqlığı karyeranıza necə təsir edəcək?
– Dayanmaq fikrində deyiləm, yenidən cəhd edəcəyəm. Hədəfim Premyer Liqada işləməkdir.

– Təklif var?
– Hələ konkret bir şey yoxdur.

– Premyer Liqada başqa bir klub köməkçi məşqçi olmağınızı istəsə, cavabınız necə olacaq?
– Təklifdən və klubdan asılıdır.

– “Şəfa” mövsüm bitməmiş Premyer Liqada yerli oyunçularla oynayacağını bildirmişdi, amma indi strategiya dəyişib. Sizcə, elitada yerlilərlə nəsə bacarmaq mümkün deyil?
– Klubun öz strategiyası var. İstənilən halda, heyət gücləndirilməlidir. Premyer Liqada mübarizə fərqli səviyyədədir. Legioner limiti də ləğv olunduğu üçün sırf yerlilərlə bu yarışda olmaq asan deyil. Səviyyəli əcnəbi transferi mütləqdir.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 04 İyun 2026 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri