Icma.az
close
up
RU
“Kərimə” dövləti qurmaq istəyən “Qisas qrupu üzvlərinə hökm oxundu

“Kərimə” dövləti qurmaq istəyən “Qisas qrupu üzvlərinə hökm oxundu

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Terrorçuluqda təqsirləndirilən "Qisas qrupu" üzvlərinin məhkəmə prosesi yekunlaşıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Faiq Zeynalov 17 il, Hüseyn Hüseynzadə 16, Etibar Məmmədzadə 16 il, İlham Şıxaliyev 17 il, İlkin Bağırov 16 il, Vüqar Mədətov 16 il, Elvin Cəfərov 15 il 6 ay, Elgün Ağayev 16 il, Yusif Mirzəyev 15 il 6 ay, Ruslan Əliyev 15 il 6 ay, Savalan Hüseynli 15 il 6 ay, Məhərrəməli Musayev 15 il 6 ay, Mir Vasid Əliyev 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıblar.

DTX-də istintaqı yekunlaşdırılmış cinayət işi üzrə təqsirləndirilən şəxslərə AR Cinayət Məcəlləsinin 170.3, 234.1-1, 274, 28,277 və 278.2-ci madddələri ilə ittiham irəli sürülüb.

Cinayət işinin materiallarından müəyyən olub ki, xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Axundzadə Rufulla Höccət oğlunun tapşırığı ilə Azərbaycan Respublikası ərazisində "Kərimə" adlı şəriət qanunları ilə idarə edilən dini dövlətin qurulması məqsədilə "Telegram" ani mesajlaşma sistemində Şıxaliyev İlham Kamal oğlu tərəfindən yaradılmış "Qisas" adlı gizli qrupun üzvləri Bakı və Sumqayıt şəhərlərində yerləşən müxtəlif hərbi və digər təyinatlı obyektlərin fotoçəkilişlərini aparmaq, əldə edilmiş məlumatları hazırda xarici ölkədə məskunlaşmış Rufulla Axundzadəyə və onun oğlu Əlimürsəl Axundzadəyə göndərmək, eləcə də Azərbaycan Respublikasının ictimai və siyasi xadimlərinin həyatına sui-qəsd etmək barədə Rufulla Axundzadədən tapşırıqlar alıblar.

Qeyd edək ki, sabiq təhsil naziri Misir Mərdanov və "Real TV"-nin rəhbəri Mir Şahin Ağayev cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıblar.

Təqsirləndirilən şəxslər onlara istinad edilən əməllərlə bağlı istintaq zamanı dəfələrlə etirafedici ifadələr veriblər. Cinayət işinin materiallarında həmin şəxslərin Rufulla Axundzadə qarşısında sədaqət andı içmələrinə dair videomateriallar, cinayət əməllərinə dair müxtəlif yazışmalar, səs yazıları mövcuddur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 İyun 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see276

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see238

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see208

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see201

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see186

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see184

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see166

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see162

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see160

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see155

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see154

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see152

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see147

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see144

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri