Icma.az
close
up
RU
Kəşfiyyat İranın nüvə obyektlərinin az zərər gördüyünü təsdiqləyir Ağ Ev sükutu pozdu

Kəşfiyyat İranın nüvə obyektlərinin az zərər gördüyünü təsdiqləyir Ağ Ev sükutu pozdu

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ kəşfiyyatı iki iranlı məmurun telefon danışığını ələ keçirib. Söhbət zamanı tərəflər ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrin gözlənildiyindən daha az dağıdıcı olduğunu etiraf ediblər.

“AzPolitika” xəbər verir ki, bu barədə “The Washington Post” dörd müstəqil mənbəyə istinadla məlumat yayıb.

Telefon danışıqlarının məzmunu Qərbdə suallar doğurarkən, Ağ Ev bu məlumatı qismən təsdiqləyib, lakin İran rəsmilərinin real vəziyyət barədə dolğun məlumata malik ola biləcəyini şübhə altına alıb. Ağ Evin mətbuat katibi Kerolin Livitt bildirib: “İdeya budur ki, naməlum iranlı rəsmilər yüzlərlə fut dərinliyindəki dağıntılar altında nə baş verdiyini bilirmişlər. Bu, absurddur. İranın nüvə silahı proqramı artıq bitib”.

Bununla belə, ABŞ Milli Kəşfiyyat İdarəsi məsələ ilə bağlı daha ehtiyatlı mövqe sərgiləyib. Agentlik “The Washington Post”a açıqlamasında qeyd edib ki, “tək bir kəşfiyyat məlumatı ümumi mənzərəni əks etdirmir”. 

Kəşfiyyat nümayəndəsi isə əlavə edib: “İki naməlum iranlı arasında olan telefon danışığı çoxsaylı mənbələrə əsaslanan ümumi kəşfiyyat qiymətləndirməsi ilə eyni deyil”.

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) də məsələ ilə bağlı mövqe bildirib. Qurumun rəhbəri Rafael Qrossi qeyd edib ki, İran zərbələrə baxmayaraq, zənginləşdirilmiş uran istehsalını bərpa etmək üçün texniki imkanlarını saxlayıb. Onun sözlərinə görə, bu proses bir neçə ay çəkə bilər və gələcəkdə davam etdirilməsi mümkündür.

Qrossi əlavə edib ki, ABŞ və İsrailin birgə hava hücumları ciddi ziyan vursa da, bu, İranın nüvə proqramını tamamilə sıradan çıxarmağa kifayət etməyib.

Hücumlardan sonra ABŞ-nin sabiq Prezidenti Donald Tramp bəyan etmişdi ki, İranın strateji obyektləri “tamamilə məhv edilib”. Lakin bu açıqlama həm kəşfiyyat orqanlarının rəyinə, həm də müstəqil media qurumlarının məlumatlarına ziddir.

CNN və “The New York Times” hücumların İranın nüvə proqramını yalnız müvəqqəti dayandırdığını bildirirlər. “Financial Times” isə qeyd edir ki, İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının böyük hissəsi hücumdan salamat çıxıb.

“AzPolitika.info” 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 İyun 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see187

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see154

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see151

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see142

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri